1047: BALA

BALA (Xoşbəxt ata)

Əziz övladlarıma xitabən yazdığım şeir.

Bu atanı, Tanrı xoşbəxt yaradıb,

Sözləri şirinəm, ballıyam bala.

Sinəmdən süzülən kəlmələrimlə,

Carçıyam, həqiqət yolluyam bala.

Vardır mənim telli saz səltənətim,

Sənə qalar axır söz səltənətim,

Bahar səltənətim, yaz səltənətim.

Könlü laləzaram, allıyam bala.

Sərraf Qasım səsə qatar haqq ilə,

Haqq deyər, məqsədə çatar haqq ilə,

Sinəmdə xəzinə yatar haqq ilə,

Qəm çəkmə hamıdan pulluyam bala.