1046: DÜNYASI VAR

Qələm dostum şair Səfər Boluslunun ölümünə yazdığım şeir.

1984-cü il, indiki Goranboy rayonunun Cinli-Boluslu kəndi.

DÜNYASI VAR

Şer aləmində səfərin yeri,

Səfərin ayrıca söz dünyası var.

İlhamı baharın şəlaləsi tək,

Sinəsində çeşmə, göz dünyası var.

Səfərin ayrıca söz dünyası var.

Onda bir həqiqət var inanırsan,

Onu oxuyanda qəlbən yanırsan.

Sözlərində dərin məna anırsan,

Bir dünya içində yüz dünyası var.

Səfərin ayrıca söz dünyası var.

Daşqın sələfini yada salırsan,

Onun qüdrətinə heyran qalırsan.

Söz çəmənzarından ətir alırsan,

Duuyursan ki, bahar, yaz dünyası var.

Səfərin ayrıca söz dünyası var.

Onun aləminə gəl eylə seyrin,

Oxu məna eylə onun hər şeirin.

Qəlbi hərarətli, odlu şairin,

Bulkan dünyası var, köz dünyası var.

Səfərin ayrıca söz dünyası var.

Canlandır, gözümdə mənzərə durur,

Təbiət yenə də yaradır, qurur.

Səyyad tək ox atır, şox sərrast vurur,

Bərə, hədəf, ceyran, düz dünyası var.

Səfərin ayrıca söz dünyası var.

Mərdsən əgər, yurdumuzu inandır,

Ulusumuz Dədəqorqudu andır.

Onun irsi üstə şam, çıraq yandır,

Onu əl-əl axtar, gəz dünyası var.

Səfərin ayrıca söz dünyası var.

Gözümüz var bülbülündə, gülündə,

Yazır o, yenə de qələm əlində,

Ondan sonra onun doğma elində,

Biz dünyası, həm də siz dünyası var.

Səfərin ayrıca söz dünyası var.

Necə dözüm onsuz, düşməyim dərdə,

Görüşümüz qaldı, ya nəsib bir də,

Görüşmərik, əksi yaşar qəlblərdə,

Əbədə getməyin, iz dünyası var.

Səfərin ayrıca söz dünyası var.

Sərraf Qasım ölməz şair sənətkar,

O, özü köçsə də sözləri yaşar,

Silsilə qalalar yaradıb memar,

Özgəninki deyil, öz dünyası var.

Səfərin ayrıca söz dünyası var.