1044: BU BƏYİN

BU BƏYİN

Qoy bütün gənclərə toy qismət olsun,

İçək şirinisin, gəlin bu bəyin.

İki könül sevib biri-birini,

Bəy bu gəlinindir, gəlin bu bəyin.

Candan kənar cansız vurarmı ürək,

Cana ürək, ürəyə də can gərək,

Allah qoysun arzum budur biz görək,

Ömür boyu xoş vüsalın bu bəyin.

Anam Azərbaycan, igidli yurddur,

Hər qızı gözəldir, hər oğlu mərddir,

Misiri qılınclıdır, Koroğlu mərrdir,

Əsli, nəcabəti bilin bu bəyin.

Toy elin toyudur, şadlanın gülün,

İki əlli sıxın bəyin sağ əlin,

Yeni həyat qurur, ay dostlar gəlin

Alqışlayaq bizim elin bu bəyin.

Dünya bir yanadır, ana bir yana,

Bu günün hər qızı sabah bir ana,

Sərraf Qasım deyər, xoş gəldin ona,

Təbrik edər, təzə gülün bu bəyin.