1041: BAYATILAR (Vətən)

BAYATILAR (Vətən haqda)

Aşiq, qələbə gərək,

Yurda qələbə gərək!

Ana Vətən yolunda

Olaq tələbə gərək.

* * *

Aşiq, mərdik axı biz!

Soyca mərdik axı biz.

Necoldu ki, namərdə

Yurdu verdik axı biz?

* * *

Aşiq, böyük dayağa,

Söykən böyük dayağa,

Xalqım, Vətən çağırır,

Birləş, bir qalx ayağa!

* * *

Aşiq, birlik vaxtıdı.

Xalqda birlik vaxtıdı.

Vətən çağırır bizi,

Yurdda dirlik vaxtıdı.

* * *

Aşiq çaxmasan olmaz,

Tətik çaxmasan olmaz,

Düşmən yurddan əl çəkməz,

Vurub yıxmasan olmaz.

* * *

Aşiq deyər, aycanı

Günəş canı, Ay canı,

Kainata tanıtdı

Heydər Azəraycanı!