1040: BAYATILAR (Dini)

BAYATILAR (Dini)

Mən aşiq ada bağlı,

Haqla, ad-ada bağlı,

İlahi, sən eylədin,

Nuru, bu ada bağlı. (Həzrəti Əlinin adı nəzərdə tutulur)

* * * * * *

Aşiqəm, xətmi mənəm,

Məhfuzun xətmi mənəm,

Altı min - altı yüz ayə,

Quranın xətmi mənəm.

* * * * * *

Aşiq deyər, salamam,

Verin, alın, salamam,

Bilsəniz ki, mən kiməm,

Allaham mən, salamam.

* * * * * *

Mən aşiq, Allah sözü,

Başdan Bismillah sözü,

Sərraf Qasım söyləyər,

Haqq sözü, Allah sözü.