1039: CANSAĞLIĞIDI

CANSAĞLIĞIDI

Əzizim, ən əziz nədir dünyada,

Olsa əgər qismət, cansağlığıdı.

Maddi varlıq ilə, əvəz olunmaz,

Gözəl şirin nemət, cansağlığıdı.

Fikir eylə, gəl düşün sən öz-öznə,

Bax dolsa da həyat eşqi gözünə,

Sağaltmaz xəstəni dolu xəzinə,

Şahlıq, həm səltənət, cansağlığıdı.

Sərraf Qasım deyər, qalmışam həsrət,

Keçib artıq, ona versəm də qiymət,

Bir can sağ olmasa, nə eşq-məhəbbət,

Xöşbəxtlik, səadət, cansağlığıdı.