1037: AY ANA-ANA

AY ANA-ANA

Anam Göycə Məhəmməd qızının vəfatına ithaf edirəm.

Vəfatından sonra, dözə bilmirəm.

Bağrım dönüb qana, ay ana-ana.

Sənsiz şad olmuram, sənsiz gülmürəm,

Gedim mən hayana, ay ana-ana.

Alaram, qiymətdə olsanda baha.

Əl çatmır, uzaqdır, yolun intiha,

Təbiət yetirməz, möhtacam daha,

Sən tək mehribana, ay ana-ana.

Dağ başına çökən, çəni düşündüm,

Doğdu bir ay batdı, günü düşündün,

Sənsiz səni anıb, səni düşündüm ,

Qaldım yana yana, ay ana-ana.

Çeşmən, bulağından, sulanıram da,

Axıb sellər kimi, bulanıram da,

Sənsiz bu həyatda, dolanıram da,

Könül sına-sına, ay ana-ana.

Ürək sənin hicranına dayanmaz.

Qəlbimin nə şamı, çırağı yanmaz,

Mən qədrini bilməz, mənanı qanmaz,

Oldum qana qana, ay ana-ana.

Vəfası yox imiş ömrün, canın,

Kimə qaldı bağın, gülün gülşanın,

Ləhzə əyilmədi, ömür karvanın,

Yalvardım sarvana, ay ana-ana.

Sərraf Qasım deyər, yolunu kəsir,

Tək məzar səni də eylədi əsir,

Yaranmış heç varlıq, sənin tək təsir,

Eyləmir insana, ay ana-ana.