1035: XOŞ GƏLİB

XOŞ GƏLİB

Əhdə sadiqlərim, səfa buyurub,

Toyumuza bu el-oba xoş gəlib,

Zəhmət çəkib, bu şad günlərimizə,

Hər diyardan ata, baba xoş gəlib.

Sevib sevilənlər kamını alıb,

Səadət bağına məhəbbət salıb,

Gecə keçib, dan sökülüb, sübh olub,

Hər axşamdan sonra, səba xoş gəlib,

Bu ki adətidir əzəldən elin,

Qardaş-qayın bağlar gəlinin belin,

Sərraf Qasım, evdən çıxanda gəlin,

Ata verib xeyir-dua, xoş gəlib.