1033: GƏLİŞİNİZ XOŞDU

GƏLİŞİNİZ XOŞDU

Elin düyününə, bu şad gününə,

Gəlişiniz xoşdu toya qonaqlar.

İki nocavanın busat gününə,

Baxın gənclər çatıb, baya qonaqlar,

Gəlişiniz xoşdu toya qonaqlar.

Söz deyin, arzu-dilək buyurun,

Höküm edir könül-ürək buyurun,

Əyləşin əzizlər, çörək buyurun,

Oxşayın mağarda soya, qonaqlar,

Gəlişiniz xoşdu toya qonaqlar.

Bəy-gəlin anası, atası şaddı,

Kamına kimlər ki, çatası şaddı,

Aşiqin özü, həm butası şaddı,

Yaraşır tay necə, taya qonaqlar,

Gəlişiniz xoşdu toya qonaqlar.

Tanının muğamın nəhəngiylə siz,

Vurulun “segahın” səpəngiylə siz,

Uyuyun musiqi ahəngiylə siz,

Duyğu qatın bu nəvaya qonaqlar,

Gəlişiniz xoşdu toya qonaqlar.

Vətəndə qılınclı, yaylı olaq bir,

Xətai, Koroğlu saylı olaq bir,

Düşmənlərə qarşı qıylı olaq bir,

Baxın qalğıdakı, qıya qonaqlar,

Gəlişiniz xoşdu toya qonaqlar.

Ov çölündə, sona gölündə şuxdu,

Tərlan qaya adlı elində şuxdu,

Allah şükür, bəydə, gəlində şuxdu.

Uyğundur boy necə, boya qonaqlar,

Gəlişiniz xoşdu toya qonaqlar.

Sərraf Qasım gəzsin vətən yaylasın.

Bu toy başqa toylarıda, haylasın.

Gəlin çalır sanki körpə laylasın,

Şahid olun, bu lay-laya qonaqlar,

Gəlişiniz xoşdu toya qonaqlar.