1031: YARALI BAKI

YARALI BAKI (20 yanvar şəhidlərinə)

O qanlı gecə sən, tarixə döndün,

20 yanvar dərdli, yaralı Bakı.

İstiqlalın üçün şəhidlər verdin,

Əynin-başın oldu qaralı Bakı.

20 yanvar dərdli, yaralı Bakı.

Rus imperyasına satdılar səni,

Boğdurub, Xəzərə atdılar səni,

Yumdular ağzını, tutdular səni,

Nərə çəkənmədin nərəli Bakı,

20 yanvar dərdli, yaralı Bakı.

Düşmən əl çəkmişdi, düşmən dalına,

Yurdum, yurddaşlarım yanıb halna,

Dözə bilmirdilər qəm məlalına,

Kim olursa-olsun haralı Bakı.

20 yanvar dərdli, yaralı Bakı.

Haqq divan tapmadım, qurdurum darı,

Düşmən əlindəydi düşmən avsarı,

Şəhidlər yasında, şəhidlər уаrı,

Ağladı vətənin maralı Bakı.

20 yanvar dərdli, yaralı Bakı.

Sərraf Qasım deyər, vətən qaşında,

Cəllada dönmüşdü yağı qoşun da,

İmperiya durmuşdu vətən başında,

Çarasız qaldım ay çaralı Bakı.

20 yanvar dərdli, yaralı Bakı.