1029: HİMİN QOYMUŞAM

Naxçıvan mühitində ilk dəfə aşıq-saz məktəbinin təməlini qoyan Sərraf Qasım bu barədə “cığalı qoşma” formasında aşağıdakı şeirini yazmışdır:

HİMİN QOYMUŞAM

Haqdan ölməz irsdir Naxçıvanımda,

Mən saz məktəbinin himin qoymuşam.

Aşıq, himin qoymuşam,

Ruhən saza uymuşam.

Qorqudu, həm Cünunu

Ulu ustad saymışam.

Bu sənət tumunu səpib göyərdib,

Yurdda bir sənətə zəmin qoymuşam.

Haqdan ölməz irsdir Naxçıvanımda,

Mən saz məktəbinin himin qoymuşam.

Şah Xətai ilə davalı olan,

Koroğluyla meydan havalı olan.

Aşıq havalı olan,

Sazdır havalı olan.

Mənə sazın haqqında

Versin sualı olan.

Saza, sözə daim vəfalı olan

Xalqı bu sənətə zamin qoymuşam.

Haqdan ölməz irsdir Naxçıvanımda,

Mən saz məktəbinin himin qoymuşam.

Sərraf Qasım tutmuş sazın zil-bəmin,

Sazla bölmüş elin sevincin, qəmin.

Aşıq, sevncin, qəmin,

Sazla sevincin, qəmin

Bölüşdüm mən xalqımın,

Gözlərdən sildim nəmin.

Sazın ürəyində qəmli Dilqəmin,

“Yanıq Kərəmi”nin qəmin qoymuşam.

Haqdan ölməz irsdir Naxçıvanımda,

Mən saz məktəbinin himin qoymuşam.