1028: XOŞUNA GƏLİB NAXÇIVAN (Əli)

XOŞUNA GƏLİB NAXÇIVAN (Əli)

Əziz dostum Aşıq Əli Terplinin Naxçıvana gəlişinə ithaf edirəm.

Naxçıvan xalqının vərdişi, işi

Əzəldən çox gəlib xoşuna, Əli.

Saz məclisi quraq biz Batabatda,

Dostların yığışsın başına, Əli.

Naxçıvan çox gəlib xoşuna, Əli.

Buzqovdan at sürək dağlara sarı,

Olaq o yerlərin mehmanı, yarı,

Təkəli, Salvartı əritmiş qarı,

Çıxaq Zorbulağın daşına, Əli.

Naxçıvan çox gəlib xoşuna, Əli.

Sərraf Qasım deyər sözün düzünü,

Axtar yolun doğrusunu, düzünü,

Ömürlər talayan çətin illərin

Düşmə boranına, qışına, Əli.

Naxçıvan çox gəlib xoşuna, Əli.