1026: YAXINSAN MƏNƏ

YAXINSAN MƏNƏ

Mən necə ayrılım İlahi səndən,

Özümə özümdən yaxınsan mənə,

Günəş nurun alannandı gözündən,

Gözümə gözümdən yaxınsan mənə.

Mən necə ayrılım İlahi səndən,

Özümə özümdən yaxınsan mənə.

Miskinə, yetimə ol əta ilə,

Əliyə ithafən “Həl Əta” ilə,

Ol, “La həvlə və la qüvvəta” ilə,

Dizimə dizimdən yaxınsan mənə.

Mən necə ayrılım İlahi səndən,

Özümə özümdən yaxınsan mənə.

Eşqinlə ürəyə verirəm səni,

Qəlbimdə zikrnlə hörürəm səni,

Hara baxıramsa, görürəm səni,

İzimə izimdən yaxınsan mənə.

Mən necə ayrılım İlahi səndən,

Özümə özümdən yaxınsan mənə.

Kamil edəm gərək mən etiqadı,

İmanla doğruldam ol minbiradı,

Şükrən, sönmürsə qəlbimin odu,

Közümə közümdən yaxınsan mənə.

Mən necə ayrılım İlahi səndən,

Özümə özümdən yaxınsan mənə.

Sərraf Qasım deyər, Quran üzünlə,

Oxunduqca nur kəlamın özünlə,

“Yasin vəl-Quranil həkim” sözünlə,

Sözümə sözümdən yaxınsan mənə.

Mən necə ayrılım İlahi səndən,

Özümə özümdən yaxınsan mənə.

16.11.2012-ci il, Aşağı Qışlaq kəndi.