1025: HƏMDƏMİYƏM (Allah sevgisi)

HƏMDƏMİYƏM (Allah sevgisi)

Allaha, ölümə çox məhəbbətli,

Onların dostuyam, mən həmdəmiyəm.

Ölüm eşqi ilə ardımca gələn,

Sözüm keçən, imanlıya əmiyəm.

Allaha, ölümə çox məhəbbətli,

Onların dostuyam, mən həmdəmiyəm.

Əhlibeytə təsliməm mən şanında,

Allaha təsliməm - Allah yanında,

Möminlərin bu dünya zindanında

Çəkdikləri əzabların qəmiyəm,

Allaha, ölümə çox məhəbbətli,

Onların dostuyam, mən həmdəmiyəm.

Sərraf Qasım deyər, bəhrə-barlıyam,

Sevirəm ölümü, gör nə varlıyam,

Haqqa qovuşmağa intizarlıyam,

Hər an hazır, biçilməli zəmiyəm,

Allaha, ölümə çox məhəbbətli,

Onların dostuyam, mən həmdəmiyəm

16.11.2012-ci il, Aşağı Qışlaq kəndi.