1023: ƏLİ ŞANINDA

ƏLİ ŞANINDA

Baba Dəvriş Əliyə ithaf edirəm.

İstəsən gər şirinliyə çatasan,

Baba Dəvriş, oxu Əli şanında.

Desin “maşa-allah”, “bərəkallah” haqq,

İmana gətir sən eli şanında.

İstəsən gər şirinliyə çatasan,

Baba Dəvriş, oxu Əli şanında.

Əli arısı ol, gülə dost ol ki,

Natiqi Qurana, dilə dost ol ki,

Dünyada Əliyə elə dost ol ki,

İmana dolasan, dolu şanınıda.

İstəsən gər şirinliyə çatasan,

Baba Dəvriş, oxu Əli şanında.

Ruhun “Qalu bəla” deyib vəliyə,

Allah-Allah deyib, qəlbin məliyə,

Eşqin ola Allaha və Əliyə,

Duanla dirilər, ölü şanında.

İstəsən gər şirinliyə çatasan,

Baba Dəvriş, oxu Əli şanında.

İnsan oğlu, axtar, tap doğru yolu,

Ölməmiş, ölü ol, diləyi dolu,

Allaha təslim ol, ol onun qulu,

Olasan Əlinin qulu şanında.

İstəsən gər şirinliyə çatasan,

Baba Dəvriş, oxu Əli şanında.

Əli alışanda, sən də yan, alış,

Ona vurğunsansa, od al, can alış,

Əliyə qəlbinlə çatmağa çalış,

Düş Əli yoluna, yolu şanında.

İstəsən gər şirinliyə çatasan,

Baba Dəvriş, oxu Əli şanında.

Zülfüqar qılıncı, İlahi ünün,

Olan odur, pasibanı hər günün,

İntizarımızdı mənim həm sənin,

Məhdimiz, Əlinin əli şanında.

İstəsən gər şirinliyə çatasan,

Baba Dəvriş, oxu Əli şanında.

Yolunu gözlərik “Şərikəl-Quran”,

“Həl cəzaul-ehsani, illəl-ehsan”,

Zuhr eylə, gəl, ey “Xəlifətir-Rəhman”,

Gəl bəşərin xoş iqbalı şanında.

İstəsən gər şirinliyə çatasan,

Baba Dəvriş, oxu Əli şanında.

“Nisaəl-Aləmin” İlahi qismət,

Fatimə - Fatirə nisbətdi nisbət,

Məhəmməd, risalət, nuru nübuvvət,

Müntaha Nəimin gülü şanında.

İstəsən gər şirinliyə çatasan,

Baba Dəvriş, oxu Əli şanında.

Sərraf Qasım, iki cahan səfası,

Əhlibeyt eşqidi, Allah vəfası,

İmamət, Vilayət ümmət şəfası,

Şanı balındadı, balı şanında.

İstəsən gər şirinliyə çatasan,

Baba Dəvriş, oxu Əli şanında.

16.11.2012-ci il, Aşağı Qışlaq kəndi.