1021: SADİQ

SADİQ

Oğlum Teyyuba və onun dostlarına ithaf edirəm.

Neyləyəsən ola sadiq dostun da?

Olasan özün də dostuna sadiq.

Vücud varlığınla ola biləsən,

Qəlbində, gözündə dostuna sadiq.

Neyləyəsən ola sadiq dostun da?

Olasan özün də dostuna sadiq.

Ürəyin deyilsə Allah tutarlı,

Mənəvi yoxsulsan, yalançı varlı.

Kasıb ol, ol ancaq onda ilqarlı,

Vədində, sözündə dostuna sadiq.

Neyləyəsən ola sadiq dostun da?

Olasan özün də dostuna sadiq.

Namusun pak ola ismətin zülal,

Əxlaqın verməyə dostuna məlal,

Sərraf Qasım deyər, olasan halal,

Rəddində, izində dostuna sadiq.

Neyləyəsən ola sadiq dostun da?

Olasan özün də dostuna sadiq.

28.01.2004-cü il, Aşağı Qışlaq kəndi.