1020: CAHAN ALİMİ

CAHAN ALİMİ

Dünya şöhrətli Azərbaycanlı alim, akademik Hüseyn Mustafa oğlu Əhmədova ithaf edirəm.

Fəxrisən, rəmzisən Azərbaycanın,

Sənsən böyük cahan alimi, Hüseyn.

Dühanız elm bəhrin çıxartdı üzə,

Xalqa bəxş etdi elm selini Hüseyn,

Fəxrisən, rəmzisən Azərbaycanın,

Sənsən böyük cahan alimi, Hüseyn.

Ömrünüz cahanda hayana döndü,

Bünövrədən elmi sayana döndü,

Elmə həsr olunmuş ümmana döndü,

Ömrünün gedimi, gəlimi, Hüseyn.

Fəxrisən, rəmzisən Azərbaycanın,

Sənsən böyük cahan alimi, Hüseyn.

Bu torpağın, yurdun canıdır elmin,

Millət damarının qanıdır elmin,

Dünyada şivəsin tanıdır elmin,

Azərbaycan boyda elimi Hüseyn.

Fəxrisən, rəmzisən Azərbaycanın,

Sənsən böyük cahan alimi, Hüseyn.

Yolçuların yolu səndən bir salır.

İrs axtaran gəlib səndən irs alır.

Alimlərdə gəlib səndən dərs alır.

Elm alimlərinin almi, Hüseyn.

Fəxrisən, rəmzisən Azərbaycanın,

Sənsən böyük cahan alimi, Hüseyn.

Yolun cənnət yolu, yolun elm yolu,

Fərmanına çəkib ilahi qolu,

Hikmət elmi ilə idrakın dolu,

Allah verib sənə qələmi, Hüseyn.

Fəxrisən, rəmzisən Azərbaycanın,

Sənsən böyük cahan alimi, Hüseyn.

Elm uğrunda ömrü sən şam eylədin,

Altmış il zəkanı sən kam eylədin,

Dilimi kökləyib «dilqəm» eylədin,

Elm eylədin ana dilimi Hüseyn.

Fəxrisən, rəmzisən Azərbaycanın,

Sənsən böyük cahan alimi, Hüseyn.

Siz də, biz də Heydər, İlham sayağı,

Sizsiz milli elmimizin dayağı,

Sərraf Qasım, bayrağı nur mayağı,

Vətən elmlərinin ələmi Hüseyn.

Fəxrisən, rəmzisən Azərbaycanın,

Sənsən böyük cahan alimi, Hüseyn.

10.08.2004-cü il, Aşağı Qışlaq kəndi.