1018: ANA OCAĞI (Başına dolun)

ANA OCAĞI (Başına dolun)

Ata vəfatından sonra övladlar,

Ana ocağınm başına dolun.

Bir can əzası tək mehriban olun

Ana idrakına, huşuna dolun,

Ana ocağının başına dolun.

Hər sözümdən-söz seç, şərtimdən şərt al,

Ovladlar, ağırlıq qaldırmaz hər tal,

Atanızdan sonra ananız qartal,

Hər an zirvəsinə, qaşına dolun,

Ana ocağının başına dolun.

Torpaqdan tam alın, duyun, dad, daşda,

Siz yaşayın, necə yaşar, od, daşda,

Ay əziz övladlar, qalın yaddaşda,

Dastan olun, dünya yaşına dolun,

Ana ocağının başına dolun.

Ana dolçasından içməyi anın,

Şirinlərdən şirin seçməyi anın,

Ana körpüsündən keçməyi anın,

Ana bərəsinin tuşuna dolun,

Ana ocağının başına dolun.

Anadı ilk lay-lay deyən Ozanın,

Ay övladlar, ananızı öz anın,

Ananın hörmətin, xoşun qazanın,

Gəlin, ananızın xoşuna dolun,

Ana ocağının başına dolun.

Ana dərddən mürgülüdü, huşludu,

Ana bir qəmkeşdi, məlal başlıdı,

Ovladlar, hər zaman ana yaşlıdı,

Sizsə körpə, ana döşünə dolun,

Ana ocağının başına dolun.

Övladlar, siz zirvələnin, qaşlanın,

Sərraf Qasım deyər başla başlanın,

Ananızın gədiyinə tuşlanın,

O ana dağının, daşına dolun,

Ana ocağının başına dolun.