1017: BAŞ SAĞLIĞI (Şərik olmaqdı)

BAŞ SAĞLIĞI (Şərik olmaqdı)

Böyük ehtiramdı һüzndə, yasda,

Başsağlığı, dərdə şərik olmaqdı.

Gəlmək–getmək, hər hüzünə, hər yasa,

İnsanlığı axtarmaqdı, bulmaqdı.

Başsağlığı, dərdə şərik olmaqdı.

Çətindi, çox çətin, dar şama dolmaq,

Məzar ömründədi, hər kama dolmaq,

Ölümündən sonra, bir ölməz olmaq,

Xeyirxah əməllə yadda qalmaqdı.

Başsağlığı, dərdə şərik olmaqdı.

İnsan kədəridi cahanın hüznü,

Dünyadan köçməkdi insanın hüznü,

Ay əhli-hal nədi? Gülşanın hüznü?

Vaxtsız xəzan olub, vaxtsız solmaqdı.

Başsağlığı, dərdə şərik olmaqdı.

İnsan, mehriban ol, haqq sarvanıyla,

Yola düşəcəksən, haqq karvanıyla,

Hər kəsin hüznü də haqq fərmanıyla,

Olümlə, ayrılıq təblin çalmaqdı.

Başsağlığı, dərdə şərik olmaqdı.

Sərraf Qasım rəhmət oxur uyana,

Bu qəflətdə gərək insan oyana,

Hər hüzün, yas yeri, dərin duyana

Qəlbən boşalmaqdı, qəlbən dolmaqdı.

Başsağlığı, dərdə şərik olmaqdı.