1016: QOŞA ŞƏKİLLƏR

QOŞA ŞƏKİLLƏR

(Sərraf Qasım bu şeirini dostu Pəhləvana həsr etdiyi poemasında onunla birlikdə qoşa şəkillərinin dərc edilməsi münasibətilə qələmə almışdır)

Eşq, məhəbbət simvoludu mənalı,

Qardaşlıq rəmzidi qoşa şəkillər.

Bir-birinə dayaqdı bax mehriban,

Necə verib gör, baş-başa şəkillər,

Qardaşlıq rəmzidi qoşa şəkillər.

Nə gözəldi bu nəzm, qələmə uyur,

Dərk edənlər özgə aləmə uyuır,

Dərindən baxanlar nə isə duyur,

Duyulduqca gəlir xoşa şəkillər.

Qardaşlıq rəmzidi qoşa şəkillər.

Sadiq dost olmazdı, oy, onlar kimi,

Şad eyləmiş ömür о yollar kimi,

Dalmışlar xəyala qartallar kimi,

Çəkilmişlər sanki qaşa, şəkillər,

Qardaşlıq rəmzidi qoşa şəkillər.

Əks ömürü dönmüş о, insansıza,

Canı yoxdu damarında qan sıza,

Fəqət əksdə insan dönmüş cansıza,

Hikmət dolu, getməz boşa şəkillər.

Qardaşlıq rəmzidi qoşa şəkillər.

Hər ürəyin eşqi, nəvası da var,

Hamı üçün, hicran havası da var,

Bu işin davamı, sorası da var,

Hələ həkk olacaq daşa şəkillər,

Qardaşlıq rəmzidi qoşa şəkillər.

Əkslər qəm mənbəyi, bayat səhnəsi,

Məzarda yan üstə ha yat səhnəsi,

İnsanların cansız həyat səhnəsi,

Tamaşadır, bir tamaşa şəkillər,

Qardaşlıq rəmzidi qoşa şəkillər.

Sərraf Qasım, tab gətir sən bu taba,

Qələmə aldığın bax bu xitaba,

Vəsfın ilə əkslər dönüb kitaba,

Cahan tək dolacaq, yaşa, şəkillər.

Qardaşlıq rəmzidi qoşa şəkillər.