1015: NAZLI KUBRAM

BABANA XOŞ GƏLDİN (Nazlı Kubram)

Şirin balam, nəvəm Kubranın babasını görmək üçün ilk dəfə Naxçıvana gəlişinə ithaf edirəm.

Qədəmin mübarək, ay şirin nəvəm,

Babana xoş gəldin, ay nazlı Kubram.

Bakımızdan bizə müjdə gətirdin,

Xəzərim, ay Kürüm, Arazlı Kubram

Babana xoş gəldin, ay nazlı Kubram.

Baba ocağımız Qurban minası,

Qəlbimiz Allahın kəlam binası,

Dayısı, nənəsi, həm də anası,

Ay babası sözlü, ay sazlı Kubram.

Babana xoş gəldin, ay nazlı Kubram.

Sərraf Qasım deyər cismin gülşəni,

Gəl bağrıma basım, gəl öpüm səni,

Ətirimsən, üstümə gəl səpim səni,

Ürəyimə çilən, ay duzlu Kubram.

Babana xoş gəldin, ay nazlı Kubram.

20.07.2002-ci il, Aşağı Qışlaq kəndi.