1014: BİSMİ KUBRA

BİSMİ KUBRA

Əziz nəvəm Kubranın doğumuna ithaf edirəm.

Haqqa şükrüm nə qədərdi bilmirəm,

Bismillahirrəhman, bismi Kubra.

Rəva görülmüsən bu ismə sən də,

Zeynəbi-Kubra da ismi Kubra.

Bismillahirrəhman, bismi Kubra.

Hümbət baba Əhli verər salamın,

Allah rəhmətidi haqqı qulamın

Nəsli, soyu, zatı Kubra balamın

Vücudu həmd-səna, cismi Kubra.

Bismillahirrəhman, bismi Kubra.

Xoşbəxtəm, nəvəmi tapdım, axtardım,

Babanam duamla mən sənə vardım,

Cəmi yardımlardan üstün bir yardım,

Haqq sənə yar olsun, bəsmi Kubra?

Bismillahirrəhman, bismi Kubra.

Kasa var boşalar, kasa var dolar,

Haqq verəndə baxmaz, nəsə var dolar,

Bil boş yerə olmaz, Allahla olar,

Saleh övlad vəsfi, vəsmi Kubra.

Bismillahirrəhman, bismi Kubra.

Sərraf Qasım oxur hey sureyi Nas,

İç baba töhfəsin, şirindi bu tas,

Haqdan körpə balam ixlasdı-ixlas,

Tamam görkəminin rəsmi Kubra.

Bismillahirrəhman, bismi Kubra.