1011: TÜRKDÜ

TÜRKDÜ

Dayağım, ön daşım, həm arxadaşım,

Əslim, köküm, soyum, təməlim Türkdü.

Xak üstən ucalıb meraca başım,

Məhəmməd ümməti, amalım türkdü.

Əslim, köküm, soyum, təməlim türkdü.

Qibləgahda mömin, mim dal-daladı,

Nuri Əhməd, Xilqət “qövli-vəla”dı,

Həmin vaxtdan zikrim “səlli əla”dı,

Məhəmməd nurudu, camalım türkdü.

Əslim, köküm, soyum, təməlim türkdü.

Yer titrər, lərz etsə mehvərim mənim,

Türk dilli xalqlardı şəpərim mənim,

Sərraf Qasım deyər; Heydərim mənim,

Dəmrəlim, ozalım, Kamalım türkdü.

Əslim, köküm, soyum, təməlim türkdü.