1010: YURDUM

ZƏNGƏZUR YURDUM

Bu şeri yazdıqca, doldu gözlərim,

Hayıf Qarakilsəm, Zəngəzur yurdum.

Düşmənin əlində, tapdağındadı,

O hazır ocağım, o hazır yurdum,

Hayıf Qarakilsəm, Zəngəzur yurdum.

Erməni eylədi, gör talan kimi,

Cəbrayılı çaldı, bir ilan kimi,

Füzuli, Qubadlı, Zəngilan kimi,

De hanı, necoldu, o nazir yurdum?

Hayıf Qarakilsəm, Zəngəzur yurdum.

Sərraf Qasım qəm əhlidi qocalı,

Qafdəlisi Kəlbəcərdə ucalı,

Dərdim Laçın, Şuşa, Ağdam, Xocalı,

O padişah yurdum, o vəzir yurdum.

Hayıf Qarakilsəm, Zəngəzur yurdum.