1009: YALVARIR

YALVARIR

Əs deyir, əs deyir, xəfifcə gördüm,

Çəmən mehə, meh çəmənə yalvarır.

Sübh soraqda duydum, su çilə deyir,

Çəmən şehə, şeh çəmənə yalvarır.

Qoy olsun nişanən, qalın üstümdə,

İncəlik, zəriflik, halın üstümdə,

Gördüm deyir, qalsın xalın üstümdə,

Çəmən zehə, zeh çəmənə yalvarır.

Sərraf Qasım, duman baxara deyir,

Buluda, gözünü sıx, ara deyir,

Buxarlanma, duydum, buxara deyir,

Çəmən behə, beh çəmənə yalvarır.