1008: XALQIMIN

XALQIMIN

(Qanlı 20 yanvar faciəsi baş verən zaman yazılmış şeir)

Bu gün Azərbaycan, Bakı uğrunda,

Can verir, can üstə mərdi xalqımın.

İradəsin qıra bilməz, inşallah,

Qəvi düşmən, yağı ordu xalqımın.

Silahı yox, çomaq alıb çiyninə,

Vətən deyə, ölüm gəlmir eyninə,

Matəm libasını geyib əyninə,

O taylı, bu taylı yurdu xalqımın.

Birləş, bir ol, çağla, daş, ay qardaş, daş!

Ol dalğalı ümman, coş, ay qardaş, coş!

Sərraf Qasım deyər gələcəyi xoş,

Amalı, qayəsi nurdu xalqımın.

20 yanvar 1990-cı il, Aşağı Qışlaq kəndi.