1006: BALAM (Mövludunla)

BALAM (Mövludunla)

Ay sevinib şad olanlar gözləriniz aydın olsun!

Nəvəm Sövlətin doğumuna ithaf edirəm.

Şad olduq biz mövludunla

Xatırlatdın zöhrü balam.

Ata, ana, qohumların,

Oldun şükür bəhri, balam.

Şad olduq biz mövludunla

Xatırlatdın zöhrü balam.

Az tapılan dadlıqsan sən,

Hallanmada adlıqsan sən,

O boyda bir şadlıqsan sən

Ay qəlbimin şəhri, balam.

Şad olduq biz mövludunla

Xatırlatdın zöhrü balam.

Dayıların, Əmilərin,

Babaların, nənələrin,

Sənə vurğun sinələrin,

Sənsən coşan nəhri balam.

Şad olduq biz mövludunla

Xatırlatdın zöhrü balam.

Alın yazın qismətindi,

İnşa-allah o mətindi

Ağıl, kamal sərvətindi

Deyil dünya dəhri, balam.

Şad olduq biz mövludunla

Xatırlatdın zöhrü balam.

Sərraf Qasım nədir amil,

Dərk et bala, böyü kamil,

Hər an sənə olsun şamil

Allahın xoş şəhri, balam.

Şad olduq biz mövludunla

Xatırlatdın zöhrü balam.

30.07.2004-cü il, Aşağı Qışlaq kəndi.