1003: AZƏRBAYCAN (Ən müqəddəs)

AZƏRBAYCAN (Ən müqəddəs)

Bu dünyanın ən müqəddəs

Gözəlisən Azərbaycan.

Övladınam, sən anamdan

Əzəlisən Azərbaycan.

Söz mülkündür qoşma, qəzəl,

Var kamanın, tarın gözəl,

Musiqindir qədim, əzəl,

Saz elisən Azərbaycan.

Hər yerini etdim seyir,

Gördüm əlik, ceyran, cüyür,

Zəngin təbiətin deyir

Bəzəlisən Azərbaycan.

Mən qartal, sən uca dağ ol,

Vüqarımsan ana, sağ ol,

Neçə-neçə igid oğul,

Qız elisən Azərbaycan.

Gətirmisən soraq, bütün,

Özün, uzaq keçmişdən çün,

Yadigarsan, həm də bu gün,

Təzəlisən Azərbaycan.

Səndə vardır, aşiq meyli,

Məşuqların olur Leyli,

Təbəssümlü, dodaq neyli,

Məzəlisən Azərbaycan.

Sənsiz mənə kim yanası,

Sənsən eşqimin binası,

Sərraf Qasımın anası,

Öz elisən Azərbaycan.