1002: HAZIR MƏNİ

HAZIR MƏNİ

Yaradanım yaradıbdı

Hər gərdişə hazır məni.

Yaxşı, yaman, asan, çətin,

Bu gərdişlər gəzir məni.

Qəlbində şeytan gəzirsən,

Usanırsan nə bezirsən,

Özünü-özün üzürsn,

Demə, Allah üzür məni.

Dar qurulu cəllad hazır,

Kimə gərək belə hüzur,

Zaman məni silir, pozur,

Şükür Allah yazır məni.

Ömrümdən keçir günlər,

Köç-karvanlı qəlbim imlər,

Qocalıram aylar, illər,

İlmə-ilmə düzür məni.

Sərraf Qasım mən dərdi hal,

Haqq dostuna verib cəlal,

Şükürlüyəm, müşkül, məlal

Əzir məni, büzür məni.

01.05.2004-cü il, Bakı şəhəri.