İyulun 1-də Şəki Şəhər İcra Hakimiyyətinin iclas salonunda Balakən, Zakatala, Qax, Oğuz və Qəbələ rayon Mədəniyyət və Turizm Şöbələrinin fəaliyyətlərinə həsr olunmuş səyyar yığıncaq keçirilmişdir.
İclasda Baş nazirin müavini Elçin Əfəndiyev, Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Prezidentin lcra Aparatının məsul nümayəndəsi Məhərrəm Quliyev, habelə bu rayonların İcra Hakimiyyətlərinin başçıları: Nazim İbrahimov, Asif Məmmədov, Abbas Göyüşov, Asif Məmmədov, Kamil Rəhimov, Tofiq İbrahimov, mədəniyyət və turizm orqanlarının, muzey, kitabxana və klub müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İclası giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov belə bir tədbirin Şəkidə keçirilməsinə görə nazirliyin rəhbərliyinə minnətdarlığını bildirmiş, şəhərin tarixi, mədəniyyət və memarlıq abidələri, turizm imkanları barədə məlumat vermişdir. Ə. Qarayev bölgələrdə keçirilən səyyar kollegiya iclaslarında qarşıya qoyulan məsələlərin operativ həlli və yerlərdə mədəniyyət və turizm sahəsinin sürətli inkişafı baxımından mühüm əməliyyat kəsb etdiyini xüsusi vurğulamışdır. Nazir təkcə son bir neçə ayda prezident tərəfindən mədəniyyət və turizm sahəsi üzrə 6 sərəncam imzalanacağını xüsusi olaraq nəzərə çatdırmışdır.
Sonra iclasda bu bölgədəki rayonların mədəniyyət müəssisələrinin mövcud vəziyyətini və maddi-texniki bazasını əks etdirən videofilm nümayiş etdirilmişdir.
Kollegiya iclasında Mədəniyyət və Turizm Nazirliyinin və mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rayonların mədəniyyət və turizm şöbələrinin fəaliyyəti barədə arayışı dinlənilmişdir. Kollegiya iclasında Şəki Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elmira Məmmədova, habelə Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarının mədəniyyət və turizm şöbələrinin rəhbərləri çıxış edərək, görülən işlərdən danışmış, qarşılaşdıqları problemlərə toxunaraq, təkliflərini bildirmişlər.
Kollegiya iclasına baş nazirin müavini Elçin Əfəndiyev yekun vurmuşdur.
iyun 2007