"Şəkinin səsi" 

Hörmətli tədqiqatçı xanımlar və cənablar


17 may 2007-ci il

 

 

"Jahrbuch Aserbaidschanforschung. Beiträge aus Politik, Wirtschaft, Geschichte und Literatur" ("Azərbaycan tədqiqatları" ) adlı illik məcmuənin 1-ci cildinin bu ilin fevral ayında Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən “Köster” nəşriyyatında uğurlu nəşrindən sonra biz müxtəlif ölkələrdə yaşayan alimlər tərəfindən çoxsaylı təbrik məktubları almışıq. Almaniyanın müxtəlif universitet kitabxanalarının məcmuəni kataloq sistemlərində yerləşdirmələri buna bariz misal ola bilər. (Azərbaycanda Axundov adına Milli Kitabxana bizdən məcmuənin 1 nüsxəsini hədiyyə olaraq alıb). Nəzərinizə çatdırırıq ki, illik məcmuənin 1-ci cildində 21 elmi məqalə öz əksini tapmış və o, 261 səhifədən ibarət olmuşdur. Azərbaycan, alman, fransız və ingilis dillərində yazılmış məqalələr 4 bölmədə yerləşdirilmişdi: siyasət və cəmiyyət, tarix, dil və ədəbiyyat və resenziyalar. Onu da qeyd edək ki, məcmuədə məqaləsi çap olunmuş müəlliflərin redaksiya heyətindən məcmuənin 1 nüsxəsini hədiyyə olaraq almışdılar.

1-ci cildin uğurla qarşılandığını nəzərə alaraq biz, məcmuənin 2-ci cildi ucun məqalə yığımına başlayırıq. Nəzərinizə çatdırırıq ki, 2-ci cild ucun məqalənizi bizə bu ilin oktyabr ayinin 30-una kimi göndərəsiniz. Bu tarixdən sonra göndəriləcək məqalələr qəbul olunmayacaq. İkinci cildin nəşri 2008-ci ildə olacaqdır. Məqalənizi bizə göndərərkən bəzi şərtlərə fikir verməyinizi sizdən xahiş edirik. Bütün bu şərtləri sizə bu elektron məktubla göndərdiyimiz   q  o ş m a d a n   götürə bilərsiniz. Qısaca olaraq bu şərtləri nəzərinizə çatdırırıq:

– 1 ci cilddən fərqli olaraq 2-ci cilddə yalnız alman dilində yazılmış məqalələr nəzərə alınacaq. Azərbaycan, ingilis və s. başqa dildə yazılmış məqalələr qəbul olunmayacaq.  Bu dillərdən birində yazılmış məqaləni isə alman dilinə tərcümə etdirərək bizə göndərə bilərsiniz.

– çap olunacaq məqaləyə görə nə müəllif redaksiya həyətinə nə də redaksiya həyəti müəllifə qonorar ödəyir. Məqalənin nəşri müəlliflər ucun pulsuzdur. Məqaləsi dərc olunmuş müəllif redaksiya həyətindən məcmuənin 1 nüsxəsini hədiyyə olaraq alacaq.

– bizə məqalənizi göndərərkən özünüz haqqında qısa məlumat verməyi unutmayın.

Sizə göndərdiyimiz şərtlərlə bağlı sualınız olarsa bizə müraciət edə bilərsiniz.Hörmətlə

JAF redaksiya heyəti.

 

 

JAF - Jahrbuch Aserbaidschanforschung

Beitraege aus Politik, Wirtschaft, Geschichte und Literatur

P.O.Box 250112

D-44739 Bochum

Germany

E-Mail: jaf.aserbaidschan@gmail.com

Nəşriyyat:

Email: verlag-koester@t-online.de

web: www.verlag-koester.de

 

<<< Ana səhifə