Atom

 

NETTY Milli İnternet Mükafatı uzrə müsabiqədə Şəki veb-məktəbinin 8 saytı, o cümlədən, "İpəkçi" qəzetinin "ipekchi.info", həmçinin "Şəki tarixi"saytı da nominant oldu!

14 Kas 2011 17:54 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 14 Kas 2011 17:58 güncellendi ]

 
7-cı dəfə keçirilən NETTY Milli İnternet Mükafatı uğrunda müsabiqənin 14 may tarixdə başa çatmış ilkin mərhələsi, yəni virtual jürinin səsverməsi Şəki saytları üçün xüsusilə uğurlu olmuşdur. Belə ki, 12 nominasiyadan 8  nominasiyanın hər biri  üzrə Şəki veb-məktəbinə aid 1 sayt nominant ola bilmişdir. Ümumiyyətlə,  20-dən çox Şəki saytı 9 nominasiya üzrə müsəbiqəyə qatılmışdır. Müsabiqənin şərtlərinə görə, hər nominasiya üzrə yalnız ilk 3 ən çox səs toplamış sayt  2-ci mərhələyə - "Mükafatlandırma" mərhələsinə adlaya bilərdi. Virtual jürinin 7 günlük,  7may - 14 may tarixləri arası, səsverməsinin nəticəsi olaraq, may ayının 14-də  Şəki saytları arasından 8 -nin, o cümlədən: 
 

  • "Əlişahoğlu" veb-studiyasının  hazırladığı
1. Qırmızı Bağ saytı "Mədəniyyət və incəsənət" nominasiyası üzrə 11 sayt sırasında 17 səslə 4/5-ci yerləri bölüşdürərək;
2."Əhməd Bal" saytı "Korporativ sayt" nominasiyası üzrə 34 sayt sırasında 17 səslə 3-cü yeri tutaraq;
3. Erməni Terroru saytı "Azərbaycan" nominasiyası üzrə 20 səslə 24 sayt sırasında 2-ci yeri tutaraq;
 

  •  "İpəkçi" və "Şəkinin səsi" qəzetlərinin baş redaktoru Aydın Məmmədovun hazırladığı 
4. www.ipekchi.info  saytı  "İnformasiya və xəbərlər" nominasiyası üzrə 28 sayt sırasında 15 səslə 2-ci yeri tutaraq;
5.  "Şəki tarixi" saytı "Elm və təhsil" nominasiyası üzrə 43  sayt sırasında 14 səslə 3-cü yeri tutaraq

  • "Teymur" veb-studiyasının  hazırladığı
6. "Xan Cənnət Bağı" "Azərbaycan" nominasiyası üzrə 17 sayt sırasında 17 səslə 4-cü yeri tutaraq;


  • "MicroEnn Group Production" veb-studiyasının  hazırladığı
7. "Şəki Şəhər İcra Hakimiyyətinin Rəsmi İnternet Səhifəsi" "Dövlət saytı" nominasiyası üzrə 16 sayt sırasında 13 səslə 3-cü yeri tutaraq; 
 

  •  " AZNETWORKS.BIZ Production" un 
8. "Aznetworks.bizsaytı "Servis-saytlar" nominasiyası üzrə 32 sayt sırasında 12 səslə 3-4-cü yerləri bölüşdürərək;
 
 

 
“Nominant sertifikatı”nı əldə etmişdir.
      Hər nominasiya üzrə qalibi isə NETTY Akademiyası müəyyənlənləşdirməlidir və qaliblərin adları 24 may tarixində saat 19:30 -da Səməd Vurğun adına Rus Dram Teatrında keçiriləcək  Netty 2011-un təntənəli mükafatlandırma mərasimində açıqlanacaqdır.
       Mükafatlandırma mərasimi çərçivəsində həm də Akademiya tərəfindən müsabiqədənkənar nominasiyalar üzrə qaliblər  də elan ediləcəkdir. Bu mərasimə müsabiqənin bütün nominatları, NETTY akademikləri və həmçinin, digər hörmətli qonaqlar dəvət olunacaqlar.

 
 

Milli İnternet Mükafatı üzrə müsabiqədə Şəkidən 5 sayt, nominant oldu!

17 May 2010 15:22 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 14 Kas 2011 17:58 tarihinde Aydin Salis tarafından güncellendi ]














Şəkidə 3 dildə fəaliyyət göstərəcək "Armenan terror" adlı sayt yaradıldı

5 Mar 2010 20:28 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 14 Kas 2011 17:58 güncellendi ]

Şəkidə 3 dildə fəaliyyət göstərəcək "Armenan terror" adlı sayt yaradıldı !
 
  Bu sayt şəhərimizdə fəaliyyət göstərən "Əlişahoğlu" vebstudiyası tərəfindən ingilis dilində hazırlanmış və  www.armenianterror.info domeni ilə internetə daxil edilmişdir. Hal-hazırda saytın fransız və alman dili versiyaları üzərində iş gedir.  
 

DMOZ-da Türkmən dilində olan saytlar üçün də kateqoriya yaradıldı!

24 Şub 2010 12:21 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 14 Kas 2011 17:58 güncellendi ]

    
 Bundan sonra 24 fevral 2010-cu il tarixi,  Türkmən interneti üçün əlamətdar tarix hesab oluna bilər.  Məhz bu tarixdə DMOZ-da Türkmən dilində olan saytlar üçün də kateqoriya yaradılmışdır. Cəmi 79 saytdan ibarət yeni kategoriya türkməncə  internetinin inkişafına əhəmiyyətli müsbət təkan verə bilər. Bax:
    Məlumat üçün əlavə edək ki, DMOZ  Google axtarış sisteminin və yüzlərlə internet kataloğun əsas bazasıdır. Bu kataloqda Azərbaycan dilində olan saytlar kateqoriyası hələ 2002-ci ildə, Namiq Guliyev tərəfindən yaradılmışdır. Orta Asiya Respublikalarından isə ilk dəfə indi,  24 fevral 2010-cu il tarixdə,  DMOZ-un azərbaycanlı-şəkili ictimai redaktoru  Türkmən dili üçün  kateqoriya yaratmışdır. Lakin hələ görülməli işlər çoxdur, kateqoriyanın redaktə panelindəki bütün söz və ifadələrin türkmən dilində olması üçün 2500 söz və ifadənin ingilis dilindən türkmən dilinə tərcüməsi gərəkdir.

Şəki orta məktəblərinin reytinq cədvəli

30 Ara 2009 13:24 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 14 Kas 2011 17:58 tarihinde Aydin Salis tarafından güncellendi ]

 
"2009-cu ildə ali məktəblərə qəbul imtahanları üzrə
Şəki orta məktəblərinin reytinq cədvəli"ni 
 ilk dəfə olaraq,  "Şəki Kataloq"  dərc edir
 
 
 
 
 
2009-cu ildə ali məktəblərin qəbu imtahanlarında iştirak edən Şəki orta məktəb məzunlarının sayı 2008-ci ilə nisbətən 91 nəfər azalsa da, qəbul olunanların sayı cəmi 8 nəfər az olmuşdur.  2009-cu ildə Şəki məktəblərinin 1198 (2008-ci ildə 1289) məzunu ali məktəblərin qəbul imtahanlarında iştirak etmiş və onlardan 390 (2008-ci ildə 398) ali məktəblərə qəbul olunmuşdur. 2009-cu ildə ali məktəblərə qəbul olunanlardan 376-sı (2008-ci ildə 353)  dövlət, 28-i (2008-ci ildə 45) özəl ali məktəblərinin məzunları oldular. Ali məktəblərinə qəbul olunanlardan 192-si (2008-ci ildə 208) ödənişsiz, 198-i (2008-ci ildə 190) isə ödənişli təhsil alacaqdır.
Bax:

Şəki Veb Kataloğun 1 yaşı tamam oldu!

21 Ara 2009 19:50 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 14 Kas 2011 17:58 güncellendi ]

DÜZ 1 İL ƏVVƏL, 15 DEKABR, 2009-cu İL TARİXDƏ
 BİZ İNTERNETDƏ BƏYAN ETDİK Kİ,
 
"ŞƏKİ ÜÇÜN VEB KATALOQ YARADILDI,
 
 
      "Şəkinin səsi" qəzeti veb saytının 4-cü Google PR-ına malik bir səhifəsində Şəkiyə  aid veb sayt və bloqların kataloqu yaradılmışdır. Bu yeni veb kataloq kiçik olsa da başqa kataloqlardan fərqli, məxsusi keyfiyyətləri var və  digər saytların RSS və Atom vasitəsi ilə ötürülən xəbərlərini avtomatik olaraq özündə dərc etmək mexanizminə malikdir, bu xüsusiyyətinə görə isə Metbuat.info-dan sonra Azərbaycan üçün 2-ci veb saytdır. Məqsəd, Şəkidə, regionda veb quruculuğun inkişafında yardımçı olmaq, internetin ən müasir imkanlarını nümayiş etdirməkdir. Kataloqun yaradılması nəticəsində həm də məlum olmuşdur ki, truzimin inkişafı baxımından Respublikamız üzrə müstəsna imkanları olan Şəkidə, bu sahəyə aid heç bir veb sayt fəaliyyət göstərmir və Şəkinin tarixi abidələri barədə yalnız həvəskar editorların veb saytlarında, özü də sistemli qaydada yox, yalnız ötəri məlumat verilməkdədir!".

2009-cu il Şəki Veb məktəbinin uğurları ilə yadda qaldı!

21 Ara 2009 18:13 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 14 Kas 2011 17:58 güncellendi ]

 
 
ŞƏKİNİN 2 İNTERNET SAYTI NETTY-2009 AZƏRBAYCAN MİLLİ İNTERNET MÜKAFATI ÜZRƏ
MÜSABİQƏNİN NOMİNANTI OLDU!
 
 
     Şəki veb sayt quruculuğun inkişaf səviyyəsinə görə respublikanın digər rayonlarını bir neçə dəfə qabaqlamaqdadır. Şəkidə 40-a yaxın internet saytı fəaliyyət göstərir ki, bunlardan da 20- dən çoxu Google İnternet Kataloqunda qeydə alınmışdır. Müqayisə üçün qeyd edək ki, bu kataloqda Şəkidən sonra ən çox saytı qeydə alınmış ikinci inzibati bölgə Naxçıvan Muxtar Respublikasıdır, amma kataloqda onun cəmi 8 saytı var.
      Aprelin 27-də start götürən və Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimləri üzə çıxaran NETTY mükafatı üzrə müsabiqəyə isə Şəkinin 9 internet saytı qatıldı.  Ymumiyyətlə, müsabiqənin ilkin mərhələsində 308 sayt iştirak etmiş və 236 nəfərlik böyük bir ictimai münsiflər heyəti isə həmin saytları ilkin mərhələdə qiymətləndirmişdir.
      Aprelin 29-da Şəki saytlarından "MicroEn Group Production"un hazırladığı “Şəki İcra Hakimiyyəti” 14, Toğrul Qasımovun “Sheki.net”i 13, “Şəkinin səsi“qəzeti nəzdində yaradılmış “Fətəli Xan Xoyski barədə veb sayt” isə 15 səs toplayaraq, hər biri öz kateqoriyası üzrə qrupda 4-cü yeri tutmaqla, müsabiqənin nominantı olmağın bir addımlığına qədər irəliləmişdilər. Onların 1 pillə də qalxıb-qalxmayacağı isə münsiflərheyətinin hələ səs verməmiş 110 üzvününrəyindən sonra bilinəcəkdi. Müsabiqənin ilkin mərhələsi mayın 7-də başa çatdiqda isə bu 3 Şəki veb saytından 2-sinin finala çıxması və redaksiya heyətlərinin NETTY-2009-un mükafatlandırma mərasiminə dəvət əldə etmələri məlum oldu; “Şəki İcraHakimiyyəti” 20 səslə öz qrupunda 3-cü,“Fətəli Xan Xoyski barədə veb sayt” isə 24 səstoplayaraq öz qrupunda 2-ci yeri tutdu. Saytı, ötən il və daha əvvəlki illərdə müsabiqələrin bir neçə dəfə nominantı olmuş Toğrul Qasımovun isə bu dəfə bəxti gətirmədi, onun “Sheki.net” inin nominant olması üçün cəmi, 2səsi çatmadı və bu sayt 16 səslə öz qrupunda 4-cü yerdə qaldı. Mayın 17-də isə Rəşid Behbudov adına Mahnı Teatrının zalında təntənəli şəkildə təşkil olunmuş “NETTY-2009”-un mükafatlandırma mərasimdə nominantlara rəsmi şəkildə “Nominantın sertifikatı” təqdin edildi və qaliblər mikafatlandırıldı.
 
 
Şəkillərdə soldan: "MicroEnGroup Production"un baş editoru Pərviz Məmmədov;
baş proqramçı direktoru Məhəmməd Mustafayev;  sağda: baş dizayner Elnur Abdullayev;
sağdakı şəkildə: "Fətəli xan Xoyski barədə sayt”ın editoru Aydın Məmmədov. 
 
 
“Şəkinin səsi" qəzeti,
15 iyun, 2009-cu il.
 
 
 
 
 
 
 

1-7 of 7