MAARİF TƏMKİN
MAARİF TƏMKİN
Maarif Təmkin (1955-ci il, Yevlax şəhəri, yaşadığı bölgə: Naxçıvan MR) – Azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Mündəricat
MAARİF TƏMKIN
(Maarif Mehdi oğlu Məmmədov)
1
2
3
4
5
6
7
Həyat və yaradıcılığı
Kitabları
Şeirlərinə bəstələnən mahnılar
Haqqında hazırlanan televiziya verilişləri
Xarici keçidlər
Həmçinin bax
İstinadlar
Şair Maarif Təmkin - Maarif Mehdi oğlu Məmmədov çağdaş Azərbaycan şairlərindən biridir.[1] O, 1955-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1971-ci ildə valideynləri ilə birlikdə Yevlaxdan Naxçıvan Muxtar Respublikasına köçərək, Şahbuz rayonunun Qızıl Qışlaq kəndində məskunlaşmışdır. Orta məktəb təhsilinə Yevlax şəhərində başlayan Maarif Təmkin, Şahbuz rayonunun Qızıl Qışlaq kəndində təhsilini davam etdirmiş və müvəffəqiyyətlə başa vurmuşdur. O, daha sonra hərbi xidmətini də başa vuraraq, uzun illər ərzində Şahbuz rayonunun Qızıl Qışlaq kəndinin kolxozunda kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur.[2]
Maarif Təmkin uşaqlıqdan saza-sözə böyük maraq göstərmiş, şair və aşıqların iştirakı ilə keçirilən el məclislərində həvəslə iştirak etmişdir. Gənc vaxtlarından etibarən tanınmış şairlərin şeirlərini əzbərləyərək, el məclislərində və müxtəlif tədbirlərdə həmin şeirləri səsləndirməyə başlamışdır. Məhz bu səbəbə görə onun özündə də ədəbiyyata və şeir yazmağa böyük maraq yaranmışdır. O, artıq 1990 illərdən etibarən əlinə qələm alaraq, “Maarif Təmkin” təxəllüsü ilə şeir yazmağa başlamışdır.[3] Özünün dediyinə görə onun bir şair kimi formalaşmasında Şahbuz elinin ustad sənətkarları – el şairi Sərraf Qasım ilə xalq şairi Məmməd Arazın böyük rolu olmuşdur. O, adıçəkilən ustad sənətkarlarla yaradıcılıq əlaqələri quraraq, onların ədəbi irsini dərindən öyrənmişdir. Şair Maarif Təmkin, məhz bu səbəbə görə yazdığı “Üzü bəri baxan dağlar” adlı poemasını el şairi Sərraf Qasıma, “Duman salamat qal” adlı poemasını isə xalq şairi Məmməd Araza ithaf etmişdir.[4]
O, ədəbiyyata son illər gəlsə də coşqun yaradıcılıq imkanlarına malikdir, xalq ruhu, xalq yaradıcılığı onun şeirlərinin əsas nəbzidir. Onun şeirlərində vətən mövzusuna daha çox üstünlük verilmişdir.[5] Şair Maarif Təmkin illər keçdikcə şeir-sənət yolunda daha da kamilləşmiş və Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul olunmuşdur. Müxtəlif şeir müsabiqələrinin qalibi və mükafatçısı olmuşdur.[6] Şairin 2020-ci ilədək ədəd şeirlər və poemalardan ibarət 12 ədəd kitabı çap olunmuşdur. “Bəlkə vətən bağışlaya” kitabı şairin oxucularına təqdim etdiyi ilk şeirlər kitabı olmuşdur.
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti
Doğum tarixi
Təxəllüsü
İlk adı
Maarif Təmkin
Maarif Məmmədov
“Bəlkə vətən bağışlaya”, Naxçıvan, “Əcəmi”, 2001, 95 səh.
İlk əsəri
Əsərlərinin dili
Fəaliyyəti
“Şahbuzum” mahnısı - (Mahnı xalq artisti Gülyanaq Məmmədova tərəfindən ifa olunmuşdur).[7]
AÇAR SÖZLƏR: