Public və Private ünvanlar

İCANN və təşkilatın üzvü olan ölkələr dünyada müxtəlif firmalar üçün İP ünvanlarını təyin edirlər. Bu ünvanlar təyin olunduqarı zaman sadəcə həmin firma o ünvan aralığında olan İP ünvanlarından istifadə edə bilər. İnternetdəki router-lər bu ünvanlara birbaşa paket göndərə bilirlər. Həmin ünvanlar hər kəs tərəfindən görülə bildiyi üçün onlara ictimai ünvanlar yəni Public addresses deyilr. İctimai ünvanlara əsasən çox böyük təşkilatlar ehtiyac duyurlar.

İP ünvanları yaradan mühəndislər internetə çıxmaq ehtiyacı olmayan şəbəkələr üçün özəl ünvan-Private address kateqoriyasını yaratdılar. Özəl şəbəkə ünvanları olan şəbəkələr internetə daxil olmaq istədikləri zaman internetdə artıq qeydə alınan ictimai İP ünvanların surətini çıxararaq intenetdən istifadə edə  bilirlər.

Comments