Müəllifdən

Salam.

Şəbəkə ilə bağlı saytın hazırlanmasına səbəb,  bu mövzuda kitabımın olması ilə əlaqədardır. Kitabımın yaranması isə şəbəkəni öyrənmək istəyimlə bağlı idi. Şəbəkəni öyrənmək səbəbim isə işlədiyim yerdə şəbəkənin həmişə nasaz olması ilə bağlı idi. Problemin həl olunması üçün məsləyə mən qarışdım və çarəsiz  oturdum internetdə və saatlarnan nəyi axtardığımı bilmədən şəbəkə haqda ordan burdan məlumat yığdım. Bəzən nəsə anladım bəzəndə bu nədir deyə-deyə başımı qaşıdım. Axır 2 gün ərzində hardan başlayacağımı və necə planlı şəkildə öyrənməli olduğumu bildim.
Daha sonra türk saytlarından birinə rast gəldim. Kitabımın planlı hazırlanmasında və saytın hazırlanmasında mənim əsas resursum www.turkcenet.org saytı olmuşdur. Bu saytda öz məlumatlarını digər bir saytdan götürüb tərcümə etmişdi. O saytda 1998-ci ildə nəşr olunmuş Networking kitabından götürülmüşdü. (Düzünü desəm artıq o qədər dəyişiklik və əlavələr etmişəm ki 2008 standartına uyğun gəlir.)
 Bu saytda mənə nə üçün Azərbaycanlılara aid belə səhifə olmasın ideyyasını verdi. Beləliklə müəyyən müddət sadəcə ordan götürüb əsas səhifəm olan www.ibayev.co.cc ünvanına məlumatları atıb tərcümə etdim. Sonra gördüm ki bu mənasızdı. Hə onuda deyim ki www.turkcenet.org qədərdə mükəmməl sayt deyildi çatışmayan yanları olduğu üçün mən digər saytlardan əlavələr etməli oldum. Nə çox danışım kitab formasında məlumatları yığıb tərcümə etməyim və s. 7 ayımı kompüter qarşısında keçirtməyimə gətirib çıxartdı.(etiraf edim hələdə qarşısındayam)  Artıq kitab hazırdı və onu əsas kitabxanalara paylayacam. Satışda çox görməyəcəksiniz ona görə ki kitabı hazırlamaqda maddi qazanc fikrində deyildim. Sadəcə Azərbaycanlılar üçün nəsə eləmək istədim ki yeni nəsil şəbəkə ilə məlumatlamaq istədiyində ingilis, rus dili və ya türk dilində kitablarnı əziyyətlə oxumasınlar. Nədə olmasa belə təhsillənmək çətindir. Qısası oxuyun qiymətinizi Comments-də bildirin.

İstəyən adam kitabı çıxartdırıb sataraq pul qazana bilər.

Saytda və kitabda mövzuların adlarının rəqəmlənməsində və digər xırda səhvlər var. Bundan elavə kitabdakıları hamısını sayta yerləşdirmirəm. İstəyən kitabı endirsin orda hamısı var.

Əlaqə məlumatları:

 
                    MAIL:        ibayev@gmail.com  
                    MSN:        ibayev@gmail.com
                    Skype:      ibayev@gmail.com
Comments