Koaksial kabellər

5.1.1  RG-8

 


 RG-8 və ya  Thicknet(qalın tor) kabel ethernetin ilk istifadə etdiyi kabel tipidir. Günümüzdə bu kabeli istifadə edən bir şəbəkə tapmaq həqiqətən çətindir. Sonradan işlədilən kabellərdə rəng həddinin qoyulması yox ikən bu kabellərdə rənglər əsasən sarı, portağal, qəhvə rəngi və 2.5 metrdən bir qara rəngli bantla işarə edilmiş formada istehsal edilirdi. 50Ω dəyərində olan bu kabel adına yaraşan şəkildə  qalın və müqavimətli idi.

 

5.1.2  RG-6

 


 

RG-6 75Ω kompüter şəbəkələrində heç bir zaman istifadə olunmamışdır. Ancaq günlük həyatda çox tez-tez qarşımıza çıxır. Televizorlara girən antena kabeli RG-6-dır. Görünüş olaraq RG-58 ilə eynidir. Kabel üzərindəki om dəyəri 75Ω yazılıdırsa onun hansı kabel olduğunu təyin etmək olar. 


5.1.3  RG-58

           

 

Hal-hazırda qarşılaşa biləcəyiniz tək koaksial şəbəkə kabeli RG-58-dir. Digər adları Thinnet(incə tor) və Cheaper net(ucuz tor)-dir. 50Ω dəyərində olan bu kabel RG-8-ə görə ucuz, istifadəsi də asandır. UTP yaranana qədər yerli şəbəkələrdə geniş istifadə olunmuşdur.

Comments