Kabel tipləri

5. Kabel Tipləri

 

Bu bölmədə müxtəlif kompüter və şəbəkə texnologiyalarında istifadə olunan kabel standartları haqda lazımi qədər məlumat verilir. Verilən məlumatlar oxşar kabellərin bir-birindən nəyə görə fərqləndiklərini və hansı şəraitdə hansı kabelin daha uyğun olduğu kimi sualları tam əhatə edir. Aşağıda bu kabellərin şəbəkə üçün ilk yaradılan növlərindən, müasirlərinə qədər hamısını əhatə edən siyahı var. Buyurun tanış olun:

 

5.1. Koaksial Kabel (Coaxial Cable)

5.1.1 RG-8

5.1.2 RG-6 (Şəbəkələrdə istifadə olunmasa da bilmək lazımdı)

5.1.3 RG-58

5.2. Dolanmış Cüt Kabel (Twisted Pair Cable)

5.2.1 Qorunan Örtüklü Dolanmış Cüt (Shielded Twisted Pair-STP)

5.2.2 Qorunmayan Örtüksüz Dolanmış Cüt (Unshielded Twisted Pair-UTP)

5.2.3 UTP Kabelinin Kateqoriyaları

5.3. Fiber Optik Kabel (Fiber Optic Cable)

            5.3.1 Fiber tipləri

 

 

5.1  Koaksial Kabel (Coaxial Cable)

 

       

Koaksial və ya qısaca "koaks" kabel, mərkəzdə ötürən sim(D), kabelin çölündə bir plastik təbəqə(C), onun üstündə tor şəklində qoruma teli(B), ən çölündə yumşaq rezin çöl örtük(A) olur. Koaksial kabel elektromaqnit qarışıqlığı olan mühitdə aşağı gücdə siqnalları ötürmək üçün hazırlanmış bir kabeldir. Bütün şəbəkələrdə informasiya radio siqnallarına çevrilir və dalğavarı sinusoid formasında digərlərinə ötürülür. Əgər əsas mərkəzdəki simin üstü açıq olarsa o zaman informasiya göndəriləndə getdiyi yol boyunca itkiyə məruz qala bilər. Yuxarıdakı şəkildə sim üzərində plastik örtük olduğunu və onun da üzərində tor şəkilli qoruyucu ilə örtüldüyünü göstərmişdim. Plastik örtük informasiya dalğalarının sabit şəkildə ötürülməsini təmin edir. Yuxarıdakı qoruyucu rolunu oynayan tor sim maqnetik məkanlarda ötürmə dalğalarına mane ola biləcək maqnetik dalğalardan qorumaq üçündür. Koaksial kabel çox geniş istifadə olunmaqdadır. Əsasən səs və video siqnallarının göndərilməsində istifadə olunur. Çox fərqli formalarda qarşınıza çıxa bilər. Ancaq kompüter şəbəkələrində indiyə qədər istifadə olunan iki tip koaksial kabel vardır: RG-8 və RG-58. Koaksial kabel tipləri özləri RG kodlarına sahibdir. Kabel müəyyən bir uzunluqda maqnetik elektrik axımına qarşı dura bilir. Koaksial kabellər çöldən baxıldığında bir-birlərinə çox bənzəyirlər, ancaq kabelə daha yaxından baxanda üzərində RG kodunu və om gücünü  görə bilərsiniz. Kompüter şəbəkələri üçün koaksial kabelin omeqa dəyəri "50 " və ya "75" şəkilində “om” yazılır. İndi kompüter dünyasında işlədilmiş koaksial kabel tiplərini öyrənək.

Comments