IPv4

 IPV4(Internet Protocol version 4)

 


IP address 4 ədəd onluq ədəddən ibarətdir. Məsələn: 192.168.1.1

Ünvana ikili say sistemi ilə baxsaq yəni kompüter gözü ilə biz 4 baytlıq məlumat görərik. Hər bayt daxilində 8 bit olduğunu nəzərə alsaq ümumilikdə 32 bitlik bir informasiya ilə qarşı-qarşıyayıq. 8 bit bizə səkkiz üstü iki qədər fərqli ədəd verir. Əgər hamısını yəni 32 bitin hamısını götürsək 4.2 milyard fərqli ünvan yaranır. Bu da dünyada eyni zamanda qlobal şəbəkəyə 4.2 milyard adamın müxtəlif ünvanlardan qoşula bildiyini göstərir.

Bax burda bir sual yaranır. Dünya əhalisi 4.2 milyarddan çoxdur. O zaman nece bizim hamımıza IP ünvan verilə bilir. Bu haqda ağllı əmilər düşünüb Subnet (alt şəbəkə) nəzəriyyəsini inkaş etdiriblər. Bu haqda bir az sonra geniş izah veriləcəkdir. Hələlik IP öz daxilində kiçik siniflərə bölünür bunu öyrənək.

 

CLASS

IP RANGE(diapazon)

TİP

A

0-126

 

 

10.0.0.0-10.255.255.255

PRIVATE Address

B

128-191

 

 

172.16.0.0-172.31.255.255

PRIVATE Address

C

192-223

 

 

192.168.0.0-192.168.255.255

PRIVATE Address

D

224-239

Multicast

E

240-255

Research

 

Comments