Gigabit Ethernet

8.Gigabit Ethernet

 

IEEE 1998-ci ildə gigabit etherneti, yəni 1000Mbit/saniyə məlumat ötürə bilən etherneti yaranmışdı. Gigabit ethernet özünə uyğun switch-lərlə çalışır. Fərqli gigabit ethernet növləri vardır.


8.1 1000BaseT

 

1000BaseT Cat5 kabel üzərindən 8 teli də istifadə edir. Belə yüksək bir sürətdə istifadə olunan kabelə çox məsuliyyətli yanaşılır. CAT5 dəstəklənməsinə baxmayaraq CAT5e və CAT6 tövsiyə edilir. 10BaseT kimi kabel uzunluğu 100m ola bilər. RJ-45 istifadə edən 1000BaseT görünüşü kimi əvvəlki versiyalarla eynidir. IEEE 802.3ab standartı kimi bilinir.

Ümumiliklə switch-lər arası backbone kimi istifadə olunan 1000BaseT ən yayılmış vəziyyətdə olan gigabit ethernet tipidir.

 

8.2 1000BaseCX

 

1000BaseCX twinaxial(koaksialın içində iki damar olan) kabel deyilən fərqli tipdə bir kabel istifadə edir. 150 ohm olan kabelin maksimum uzunluğu yalnızca 25 metrə ola bilər. IEEE 802.3z standartı kimi tanınan bu ethernet tipi, gigabit ethernet bazarında hələki özünə yer tapmamışdır.

 

8.3 1000BaseSX

1000BaseSX multimode fiber optik kablo ilə 500m çatan məsafələrdə gigabit sürətini göstərir. 1000BaseSX 850nm(nanometrə) dalğa boyunda LED-lər ilə işığı fiber kabel üzərindən ötürür. 802.3z standartı altında təyin olunan bu ethernet 100BaseFX ilə eyni çöl görünüşə sahibdir, yəni eyni SC konnektorları istifadə edir.

 

8.4 1000BaseLX

Single Mode laser istifadə edərək fiber optik üzərindən 5Km kimi məsafələrə qədər gigabit sürəti ilə təmin edir. Gələcəyin gigabit backbone həlli kimi görülməkdədir. 1000BaseSX ilə eyni çöl görünüşə sahib bu standart da IEEE 802.3z kimi tanınır.

Comments