10BASET və UTP

6.8.3  10BASET və UTP

UTP kabel 10BaseT-nin istifadə etdiyi kabel tipidir. UTP kabellər öz içində ötürə biləcəkləri məlumat həcminə görə kateqoriyalara ayrılmışdır. 10BaseT 10Mbit sürətində çalışır, CAT3 və ondan yuxarı kabellər istifadə oluna bilər. Kabellər ilə bağlı bölmədə bu kabel haqqında ətraflı məlumat ala bilərsiniz.

 

 

10BaseT iki tel cütünü istifadə edir. Yəni 4 tel istifadə edir. Ancaq ilk zamanlardan bəri kabel çəkmədə kabelin içindəki 4 tel cütü də, yəni 8 tel konnektora taxılırdı. Buradakı məqsəd gələcəkdə çıxa biləcək və daha çox tel bağlantısı istəyən ethernet tiplərinə hazır olmaq, təkrar kabelləmə ehtiyacın olmamağı üçün belə düşünülmüşdü. Koaksial kabelə görə elektromaqnitik mühit təsirinə daha az qarşı qoya bilən olmasına baxmayaraq, UTP ulduz topoloji üçün lazımı qədər zəmanətli və ucuz bir yol idi. UTP kabelləmədə RJ-45/(Registered Jak) kodlu konnektor/jak istifadə olunur. Altdakı şəkildə sağda RJ-45-i, solda isə telefonlarda gördüyümüz və daha kiçik ölçüdə olan 4 pinli RJ-11 kodlu jakı görürsünüz.

 

 

 

6.8.4 10BaseT siqnalının quruluşu və kabeldən istifadəsi

 

RJ-45 jak içində kabel tellərinə təmas edəcək pinlər vardır. Bu pinlər vasitəsi ilə şəbəkə kartı hər teldən fərqli bir siqnal yollayır.

 

RJ-45 jak üzərindəki pinlər, jakın pinləri sizə baxacaq şəkildə tutulduğunda soldan sağa 1-dən 8-ə qədər sırası qəbul edilir.

 

 

10BaseT bu pinlərdən 1 və 2-ni məlumat göndərilməsində(TX), 3 və 6-nı isə məlumat alınmasında (RX) istifadə edir.

 

 

Gördüyünüz kimi 4,5,7 və 8 pinlərə bağlı kabellər istifadə olunmur. Məlumat göndərilməsi və alınması fərqli tel cütlərindən düzəlsədə hub-lı bir sistemdə CSMA/CD texnologiyasının istifadə olunması səbəbi ilə şəbəkə kartı eyni anda bir cütdən məlumat qəbul etməsi və digərindən də göndərməsi mümkün deyildir, yəni full-duplex burada çalışa bilməz. Müəyyən bir anda hub-a bağlı cihazlardan sadəcə birisi tək başına məlumat göndərə bilər və ya ala bilər. Yəni half-duplex çalışa bilər. 1 və 2 pinlərə bağlı kabellər məlumat ötürməsi üçün (Transmit) istifadə edir, 3 və 6 isə məlumat qəbul etməkdə (Receive) istifadə edir.  Kabel jak-a taxılarkən, TX kanalı bir cüt kabeli, RX isə başqa bir cüt kabeli istifadə edəcək şəkildə qurulmalıdır. Məsələn, yaşıl və yaşıl-ağ TX üçün, yəni pin1 və pin2-yə bağlanmalı, narıncı və narıncı-ağ tellər isə RX kanalı üçün, yəni pin 3 və pin6-ya uyğun gətirilməlidir. Rəng cütləri ilə bağlı bildirdiyim bağlantılar məcburi deyildir. Kabel iki ucu da doğru pinlər bir-birinə bağlanacaq şəkildə qurulduğunda kabellərin rəngi nə olursa olsun iş görə biləcəkdir.

Comments