Şair Rövzət vəfat etdi >>

19 Nis 2010 10:07 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 26 Nis 2010 11:15 tarihinde Aydin Salis tarafından güncellendi ]
   Aprelin 15-də, şair həmyerlimiz Rövzət, 71 yaşında, Bakı şəhərində vəfat etmişdir. O, məşhur dilçi alim, professor Əzəl Dəmirşizadənin oğlu idi.
    Rövzət Dəmirçizadə 03.01.1939-cu il tarixdə Şəki şəhərində anadan olmuşdu. O, 20 yaşında ikən, bədbəxt hadisə nəticəsində şikəst olmuşdu və ancaq əlil arabası ilə hərəkət edirdi. Buna baxmayaraq, o, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmiş, 1980-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur.
   "Qatarda" adlı ilk şeirlər kitabı 1968-ci ildə nəşr olunub. Sonralar "Tut ağacım" (1971), "Səhər duyğuları" (1974), "Səslər" (1978), "Çörək ətri" (1981), "Ürəyimdə yaşayanlar" (1986) və "Arzu gülü" (1990) adlı şeir kitabları çap edilmişdir.
   Şairin "Dünyaya və özümə bir baxış" adlı sonuncu şeirlər kitabı isə 2008-ci ildə "Təbib" nəşriyyatı tərəfindən çapdan çıxmışdır.
    "İpəkçi", "Şəkinin səsi" və "Şəki fəhləsi" qəzetlərində vaxtilə, mərhum Rovzətin onlarla şeiri dərc olunmuşdir.
Mərhum Bakı şəhərində torpağa tapşırıldı. Allah ona rəhmət eləsin.
Comments