BƏHRAM ÇƏLƏBİNİN NÖVBƏTİ - ”TT NƏRİMAN“ ADLI KİTABI NƏŞR OLUNMUŞDUR!

14 Oca 2010 13:44 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 14 Oca 2010 13:55 güncellendi ]
Bu günlərdə Bəhram Çələbinin növbəti - "TT Nəriman" adlı, kitabı nəşr olunub. Bu onun Azərbaycan "vor zakon”-ları
haqqında sayca 8-ci kitabıdır. Məlumat üçün qeyd edək ki, B. Çələbi ötən əsrin 90-cı illərinin əvvəllərinə qədər Şəki Şahmat Məktəbinin direktoru olmuşdu və sonralar peşəsini dəyişib kriminal aləm haqında kitablar yazmağa başladı. Onun kitabları daha çox Rusiyada yayılmaqda və oxunmaqdadır. Təkcə 2007-ci ildə B. Çələbinin "Sabirabadlı Hikmət" adlı kitabı Moskvada 20 min nüxsədə satılmışdır.
Yeni kitabın təqdimat mərasimində, B. Çələbidən kiçik bir müsahibə götürdük:
 

   
 
 
A. Məmmədov:  Bəhram müəllim, siz daha əvvəl Şəki Şahmat Məktəbinn direktoru idiniz. Mümkunsə, bu barədə danışın; necə oldu ki ora məhz sizi müdir təyin etdilər?
   B. Çələbi: Bu sualın çox maraqlı cavabı olacaq. Deməli belə, Şəkidə Şahmat Məktəbi açılmalı idi. Bu münasibətlə Azərbaycan Şahmat Federasiyasının sədri Çapay Sultanov  və beynəlxalq hakim Faiq Həsənov Şəkiyə gəldilər.
F. Həsənov 30 nəfər yerli həvəskar şahmatçı ilə seans keçirdi. Cəmi 2-3 həvəskar onunla heç-heçə oynadı, yerdə qalanlar isə uduzdular. Heç-heçə oynayan adamlardn biri də mən idim və bizi 1-ci katib Nurəddin Mustafyevin yanına dəvət etdilər. Orada, Nurəddin müəllim bizə sual verdi ki, "ki-min şahmat nəzəriyyəsindən başı çıxır?" . Mən tərəddüd etmədən dedim: "mənim, çünki, institutda oxuyarkən, şahmat dərnəyinə getmişdim. Onda, Nurəddin müəllim soruşdu ki, "şahmat nəzəriyyəsinə dair neçə kitabım var?". Dedim, "azı 20-25 ədəd". İnanmadı, gülümsəyüb xahiş etdi ki, mümkünsə, həmin kitabları gətirim onun otağına. Məni öz xidməti maşını ilə göndərdi evə. Təxminən, 1 saatdan sonra mən bütün şahmat kitablarnı götürüb onun yanına qayitdım. Orada saydılar ki  30-dan çoxdur. Nurəddin müəllim məndən soruşdu ki, "partiyaçısan". Dedim "xeyr, heç komsomolçu da olmamışam!"  Soruşdu: "niyə?". Cavab verdim ki, "mənim ata-babam bəy-xan nəslindən olub, əmilərimdən 3-nü güllələyibrər". Heç nə demədi...
  Sonradan bildim ki, Nurəddin müəllim Şahmat məktəbi üçün müdir axtarırmış. Heç ağlıma da gəlmirdi ki ora məni müdir qoyacaqdır. Camaat arasında söz-söhbət gəzirdi ki Teymur Xəlilovun qardaşı Faiq müəllmi Şahmat məktəbinə müdir qoyacaqlar. Amma məni təyin etdilər.
A. Məmmədov,
"İpəkçi" qəzeti, 14 yanvar 2010-cu il № 1–2 (2265–2266).
Comments