Mərhum sabiq prezident Heydər Əliyevin 1993-cü ildə "İpəkçi" qəzetinə göndərdiyi təbrik məktubunun mətni >>

10 May 2010 12:39 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 10 May 2010 13:44 güncellendi ]

    Mayın 10-u Dünya səviyyəsində tanınmış siyasi xadim və Azərbaycan Respublikasının 3-cü prezidenti, mərhum Heydər Əliyevin anadan olmasının 87-ci ildönümüdür. Bu münasibətlə, biz onun vaxtilə, “İpəkçi” qəzetininin 60 illik yubileyində,  redaktor Salis Məmmədova göndərdiyi təbrikini bir daha oxucularımızın diqqətinə təqdim edirik:

 
№1/1328

14 dekabr 1993-cü il                          “İpəkçi” qəzetinə


     Dünya şöhrətli ipəkçilərimizin əmək rəşadətlərinin yorulmaz tərənnümçüsü “İpəkçi” qəzeti 60 illik yaradıcılıq yolunu şərəflə keçmiş, respublikamızın ictimai-siyasi həyatını dolğun əks etdirməklə öz oxucularının rəğbətini qazanmışdır.
    Bu əlamətdar hadisə - 60 illik yubiley münasibəti ilə qəzeti və onun əməkdaşlarını ürəkdən təbrik edir, onların hər birinə cansağlığı, xoşbəxtlik və bundan sonra da oxucu etibarına layiq olmağı arzulayıram.
    Taleyi sınanan xalqımızın bu ağır çağlarında “İpəkçi”nin yaradıcı kollektivinə  haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm.

                                    Azərbaycan Respublikasının 
                                              Prezidenti H.Ə.Əliyev

Comments