Bir sıra səbəblərdən biz azərbaycanlıların "azərbaycanlıyam" deməyə haqqı çatmaz, həmin səbəblərdən biri də ilk baş nazirimizin qəbrini Azərbaycana köçürə bilməməyimizdir və bu mövzu, hələlik, bu saytın başlıca mövzusu olacaqdır və bu məsələdə sizin - ziyarətçilərimizin, dəstəyinə ehtiyac var! 1918 – 1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının yaradıcılarından çoxu, bu cümhuriyyətin süqutundan sonra mühacir həyatı yaşamağa məcbur oldular və ömürlərini də qürbətdə başa vurdular. Onların qəbirləri indi də qürbətdədir. Xalqımıza divan tutan erməni Stepan Şaumyanın qəbri və heykəli bu günlərə qədər Bakının düz ortasında idi, Şərqdə ilk cümhuriyyəti quran həmmillətlərimizin məzarları isə hələ də qürbətdədir! Vaxt gələcək, biz müsəlmanlar ayılacağıq, istəyəcəyik ki Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin və nə bilim, bunlar kimi nə qədər digər görkəmli şəxslərimizin nəşini gətirək Vətənə. O zaman sual ortaya çıxacaq: onları harada dəfn edək? Fəxri Xiyabanda? Şəhidlər xiyabanında? Ya Elçibəyin adıyla hallandırılan versiyaya uyğun “Sahil”, yəni keçmiş “26-lar” parkında? Ya anadan olduqları yerdə? Ya qohumların, yaxud əcdadlarının dəfn olunduqları yerdə?
Sayta məsul şəxs: Aydın Məmmədov