“XVII-XX əsrlər və
ÇAĞDAŞ NAXÇIVAN AŞIQLARI”
(İki cildli ensiklopedik kitab)
“XVII-XX əsrlər və
ÇAĞDAŞ NAXÇIVAN AŞIQLARI”
(İki cildli ensiklopedik kitab)
KİTAB HAQQINDA MƏLUMAT:
Kitabın Adı: “XVII-XX əsrlər və ÇAĞDAŞ NAXÇIVAN AŞIQLARI”
Mövzusu: Naxçıvan aşıq mühiti və Naxçıvan aşıqlarının həyat və yaradıclığı barədə ensiklopedik kitab
(Çağdaş Naxçıvan aşıq məktəbinin banisi olduğu üçün kitabda Sərraf Qasımın yaradıcılığı barədə isə daha geniş məlumatlar verilmişdir)
Müəllifi: Professor Əsgər Qədimov (Tədqiqatçı və folklorşünas alim, filologiya üzrə elmlər doktoru, Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri)
Elmi redaktoru: Professor Hüseyn Həşimli (Ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktru, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə sabiq direktor müavini)
Rəyçi: Dosent Əkrəm Hüseynzadə (Folklorşünas alim, filologiya üzrə fəlsəfə
doktoru)
Nəşriyyatı: "Əcəmi”
Nəşr olunduğu yer: Naxçıvan şəhəri
Nəşr ili: 2017
Səhifə sayı: 1-ci cild 408 səhifə, 2-ci cild 464 səhifə
Dili: Azərbaycan dili
KİTABIN QISA MƏZMUNU VƏ NƏTİCƏSİ:
Naxçıvan Dövlət Universitetinin 50 illiyi münasibətilə çap olunmuş bu ikicildlik monoqrafiyada ilk dəfə olaraq Naxçıvan aşıq mühitinin formalaşması və inkişaf etməsi və bu mühitdə fəaliyyət göstərən yaradıcı aşıqların həyat və yaradıcılığı geniş şəkildə araşdırılmış və öz əksini tapmışdır.
Kitabın 1-ci cildi XVII-XX əsrlərdə Naxçıvanda yaşamış aşıqlara həsr olunmuşdur. Kitabın 2-ci cildində isə çağdaş Naxçıvan aşıqlarının yaradıcılığı barədə qısa ensiklopedik məlumatlar verilmiş, lakin kitab ərsəyə gələn zaman aparılan araşdırmalar nəticəsində çağdaş Naxçıvan aşıqları arasından Sərraf Qasımın Naxçıvan zonasında aşıq sənətinin inkişafına ən zəngin töhfələr verən bir şəxs olduğu müəyyən edilmişdir. Buna görə də, kitabda Sərraf Qasımın poeziya və aşıq yaradıcılığı barədə geniş məlumatlar verilmiş və Sərraf Qasımın Azərbaycan aşıq ədəbiyyatının inkişafına əvəzsiz töhfələr verməsi və çağdaş Naxçıvan aşıq məktəbininin banisi olması barədə bir çox mühüm məlumatlar öz əksini tapmışdır.
Kitabda öz əksini tapan araşdırmalara əsasən belə qənaətə gəlinmişdir ki, orta əsrlərdən başlayaraq çağdaş dövrümüzə qədər inkişaf edərək formalaşan Naxçıvan aşıq mühiti ümumazərbaycan aşıq mühitinin tərkib hissəsi olmuş, bu mühitdə yetişən aşıqların yaradıcılığı poeziyamızın şifahi qolunun inkişafı və formalaşmasında mütərəqqi rol oynamışdır. Orta əsrlərdən başlayaraq çağdaş dövrümüzə qədər Naxçıvan aşıq mühitinin nümayəndələri Azərbaycanın Gəncə, Tovuz, Qazax və Şirvan, eləcə də Qərbi Azərbaycan, İran Azərbaycanı və Türkiyə aşıq mühitlərinin yaradıcı aşıq və şairləri ilə təmasda olmuş, onlarla yaradıcılıq əlaqələri saxlamış, aşıq məclislərində, toy-düyünlərdə görüşüb deyişmişlər. Adıçəkilən mühitlərdə aşıq poeziyasının əksər janrları və dastan yaradıcılığı geniş vüsət almış, ümumi dastan yaradıcılığı ilə yanaşı, yeni üslubda yazılmış tərcümeyi-hal dastanları da yaradılmışdır. Naxçıvan aşıq mühitinin formalaşması və inkişafı Qərbi Azərbaycan, İran və Türkiyə aşıq və şairlərinin də diqqətini cəlb etmiş, bu ədəbi mühitlərin bir çox aşıq və şairləri (xüsusilə Qərbi Azərbaycan aşıqları) köç edib Naxçıvanda yaşamış və Naxçıvan aşıq mühitinin nümayəndələrinə çevrilmişlər. Nəticədə Naxçıvanda regional aşıq mühiti yaranmış, yerli ustad aşıqlar tərəfindən inkişaf etdirilmiş və Azərbaycan aşıq mühitinin mühüm bir tərkib hissəsinə çevrilmişdir.
Kitabın ərsəyə gəlməsi barədə professor Əsgər Qədimovun Naxçıvan Dövlət Televiziyasına verdiyi açıqlamalar
("Yaddaşlardan Yurddaşlara - Sərraf Qasim" - 07.02.2020, Naxçıvan TV)
AÇAR SÖZLƏR:
Aşıqlar
Naxçıvan aşıqları
Naxçıvanlı aşıqlar
Aşıq mühitləri
Aşıq məktəbləri
Aşıq sənəti