A. Məmmədov:  Bəhram müəllim, siz daha əvvəl Şəki Şahmat Məktəbinn direktoru idiniz. Mümkunsə, bu barədə danışın; necə oldu ki ora məhz sizi müdir təyin etdilər?

           B. Çələbi: Bu sualın çox maraqlı cavabı olacaq. Deməli belə, Şəkidə Şahmat Məktəbi açılmalı idi. Bu münasibətlə Azərbaycan Şahmat Federasiyasının sədri Çapay Sultanov və və beynəlxalq hakim Faiq Həsənov Şəkiyə gəldilər. F. Həsənov 30 nəfər yerli həvəskar şahmatçı ilə seans keçirdi. Cəmi 2-3 həvəskar onunla heç-heçə oynadı, yerdə qalanlar isə uduzdular. Heç-heçə oynayan adamlardn biri də mən idim və bizi 1-ci katib Nurəddin Mustafyevin yanına dəvət etdilər. Orada Nurəddin müəllim bizə sual verdi ki, " kimin şahmat nəzəriyyəsindən başı çıxır?" . Mən tərəddüd etmədən dedim: "mənim, çünki  İnstitutda oxuyarkən, şahmat dərnəyinə getmişəm. Onda, Nurəddin müəllim soruşdu ki, "şahmat nəzəriyyəsinə dair neçə kitabım var?". Dedim, "azı 20 -25 ədəd". İnanmadı, gülümsəyüb xahiş etdi ki,mümkünsə, həmin kitabları gətirim onun otağına. Məni öz xidməti maşını ilə göndərdi evə. Təxminən, 1 saatdan sonra mən bütün şahmat kitablarını götürüb onun yanına qayitdım. Orada saydılar ki  30-dan çoxdur. Nurəddin müəllim məndən soruşdu ki, "partiyaçısan". Dedim "xeyr, heç komsomolçu da olmamışam!"  Soruçdu: "niyə?". Cavab verdim ki, "mənim ata-babam bəy-xan nəslindən olub, əmilərimdə 3-nü güllələyibrər". Heç nə demədi...

  Sonradan bildim ki, Nurəddin müəllim Şahmat məktəbi üçün müdir axtarırmış. Heç ağlıma da gəlmirdi ki ora məni qoyacaqdır. Camaat arasında söz-söhbət gəzirdi ki Teymur Xəlilovun qardaşı Faiq müəllmi Şahmat məktəbinə müdir qoyacaqlar. Amma məni təyinetdilər. (Ardı var!)