Kabaddi komanda güləşi üzrə ilk dəfə Dünya kuboku oyunlarında iştirak etmiş Azərbaycan milli komandasının üzvləri dekabrın 24-də Vətənə qayıtmışlar...

19 Ara 2014 09:30 tarihinde Aydin Mammadov tarafından yayınlandı   [ 25 Ara 2014 13:29 güncellendi ]


Hindistanın Pəncab ştatında keçirilmiş Kabaddi komanda güləşi üzrə V Dünya kuboku  uğrunda  oyunlarda  8 milli qadın komandası (ABŞ, Hindistan , İngiltərə, Danimarka, Pakistan, Yeni Zellandiya, Meksika, Azərbaycan) və 11 milli kişi komandası (ABŞ, İran, Pakistan, Danimarka, Avstraliya, İngiltərə, İspaniya, Kanada, Argentina, İsveç, Hindistan) olmaqla, 19 komanda mübarizə aparmışdı. Azərbaycan komandası isə ABŞ, Hindistan və Danimarka komandası ilə eyni qrupda çıxış edirdi.

Azərbaycanlı qızlar dekabrın 10-da ilk oyununda Xanna şəhərində Danimarka komandası qarşılaşmışdılar. Millimiz kifayət qədər əzmkarlıq nümayiş etdirsə də, sonda daha təcrübəli danimarkalılar 40-17 hesabı ilə qalib gəlmişdilər: 




Daha sonra isə azərbaycanlı qızlar dekabrın 15-də Nabha şəhərində ABŞ millisi ilə qarşılaşmış və 38-32 hesabı ilə qalib gəlmişlər:



Sabahı gün – dekabrın 16-da isə Milli komandamız qrup mərhələsinin həlledici oyununda Cəlalabad şəhərində Hindistan millisi ilə qarşılaşmış və 16-47 hesabl ilə məğlub olmuşdur:


Bundan sonra millimizin yarımfinala çıxması üçün dekabrın 17-də keçiriləcək Danimarka-ABŞ oyununda ikincinin 38 xal fərqi ilə qalib gəlməsi lazım idi. Lakin möcüzə baş vermədi və dekabrın 17-də ABŞ yox, Danimarka qalib gəldi. Nəticədə,  Azərbaycan milli komandası (qızlar) qrup mərhələsində 3-cü yeri tutaraq yarımfinala çıxa bilmədi. 

Dekabrın 24-də Bakıya qayıtmış komanda üzvüləri bildirmişlər ki,  Hindistanda Kubok oyunlarının təşkilatçıları tərəfindən Azərbaycan milli komandasına 1 milyon rupi nağd pul və ABŞ üzərində qələbəyə görə hər komanda üzvünə 250 dollar mükafat verilsə də,  onlara bu pullarla komandanın ezmiyyət xərclərinin ödənildiyi bildirilmiş və onlara 1 qəpik də verilməmişdir... 




Azərbaycanın Kabaddi güləş növü üzrə qızlardan ibarət yığma komandası, İranda 2-3 günlük təlim-məşq toplanışında iştirak etdikdən sonra, dekabrın 5-də oradan təyyarə ilə Hindistana - Dünya kuboku üzrə yarışa yola düşmüşdür. Sevindirici haldır ki, yığma komandanın tərkibindəki qızlardan biri həmyerlimiz Səkinə Məmmədovadır. Məlumat üçün əlavə edək ki, S.Məmmdova daha əvvəl idmanın jüdo növü üzrə yarışlara çıxmış, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunmuş Cüdo üzrə Bakı Şəhər Açıq Birinciliyində 2013-cü ildə 1-ci, 2014-cü ildə isə 2-ci olmuş, 2013-cü il Gənclər arasında cüdo uzrə respublika çempionatında isə 3-cü yeri tutmuşdur.


Şəkillərdə: 
1.Azərbaycanın güləşçi qızlardan ibarət yığma komandası Astara buraxılış məntəqəsində, İrana keçməzdən əvvəl.
2.Dnimarka ilə oyun, Azərbaycanlı qızlar, solda S.Məmmədova. 

Aydın Məmmədov