AzVikidən reportaj: Vandal idarəçi və idarəçi səlahiyyəti olmayan idarəçilər!

19 Şub 2014 06:05 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 26 Haz 2014 08:06 güncellendi ]

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyayasına



Vikipediyanın azərbaycanca bölməsində  Azərbaycan Respublikasının vətəndaşları olan idarəçilərin  yaramaz hərəkətləri barədə

 

   Bununla sizlərə bildirirəm ki, 2009-cu ildən vikipediyada Aydınsalis istifadəçi adı ilə fəaliyyət göstərməyə başlamışdım. Çalışırdım ki vikipediyanı zənginləşdirmək və təkminləşdirmək işində mən də öz töhfəmi verim, Vətənə və xalqıma bu yolla da xidmət edim.

   Lakin ötən ildən dövlət vikipediyaya pul ayırdıqdan sonra, buranın “zibili” çıxdı. Fəal vikipediyaçıları müxtəlif bəhanələrlə və vikipediyanın daxili qaydalarının pozulması yolu ilə vikipediyadan kənarlaşdırmağa başladılar.

   Bəzi anonim iddialara görə burada idarəçilər nurçudurlar. Guya Prezident Administirasiyasının vikipediyaya məsul şəxsi nurçu olduğundan, Azərbaycan dilində vikipediyaya da nurçuları yerləşdirmiş və vikipediyada nurçuların ağalığını təmin etmişdir. Bunun nə qədər doğru olub-olmadığı bizim üçün maraqlı deyil. Bizi narahat edən budur ki, bu küçə uşaqları – yəni vandal idarəçilər və onlara quyruq bulayanlar, dövlətin vikipediyaya ayırdığı pulların hamısını mənimsəyirlər və gecə-gündüz vikipediyanı redaktə edənlərə bir qəpik də verməklə yanaşı, onlara qarşı həyasızcasına kompaniyalar aparır, onları hörmətdən salmağa çalışırlar.

   Bu küçə uşaqlarının hərəkətlərindən zərər çəkənlərdən biri də mənəm. Uzun müddətdir ki vikipediyada fəaliyyət göstərməyimə imkan vermirlər, bu cəhənnəm.  İndi də başlayıbdırlar Feysbuk və digər internet səhifələrində nənə qarşı təhqirlər yazmağa, mənə qarşı böhtan kompaniyası aparmağa və s.

   Vikipediya prinsiplərinə  görə idarəçilərin yaramaz hərəkətləri vikipediyanın Arbitraj Komitəsində müzakirə edilməlidir və həmin komitənin qərarı ilə bu yaramazlıqların qarşısı alınmalıdır.  Lakin bu küçə uşaqları və onlara quyruq bulayanlar, dövlətin vikipediyaya ayırdığı pulların hamısını mənimsəmək və öz dəstələrinə (nurçulara?) aid olmayan vikipediyaçıların vikipediyadan uzaqlaşdırılması üçün daxili Arbitraj Komitəsinın fəaliyyət göstərməsinə mane olurlar və bununla da özləri üçün “toxunulmamazlıq  statusu” təmin etmişlər.  Çünki oğrunun ən çox qorxduğu şey ədalət məhkəmədir,  bu oğrular, vandallar, küçə uşaqları, ola bilsin nurçular da ən çox Arbitraj Komitəsindən qorxurlar!

   Bütün bunlardan sonra xahiş edirəm ki

  1. Vikipediyanın azərbaycan dilində bölməsinə dövlət tərəfindən ayrılmış pulların kimin cibinə girdiyini araşdırasınız.
  2. Vikipediyanın azərbaycan dilində bölməsinin idarəçilərinə  vətəndaşların şərəf və heysiyyatlarıına toxunan hərəkətlərə yol verməməyi tələb edəsiniz və bu kimi halların qarşısının alınması üçün onlara vikipediya daxili Arbitraj Komitəsinı yaratmağı tövsiyyə edəsiniz (Əgər dövlətimiz vikipediyanın azərbaycanca bölməsinin inkişafında və zənginləşməsində maraqlıdırsa, belə bir tələb və tövsiyyənin edilməsi normal görünür).

Hörmətlə, Aydın Məmmədov,

  DMOZ Açıq Kataloq layihəsinin Azərbaycan, özbək, türkmən, uyğur, qırğz, başqırd, tatar dillərindəki saytlar üçün bütün kateqoriyaların və ingiliscə "Azerbaijan" kateqoriyasının və s. kateqoriyaların redaktoru, sabiq vikipediyaçı.

20.06.2014

Əlaqə telefonu: 055 793 23 83

Ünvan: Şəki, Z.Bünyadov, ev 33.

 
         Yaxın keçmişdə, hər hansı bir dilin nə dərəcədə inkişaf etdiyini bilmək üçün, hər şeydən əvvəl həmin dildə neçə adda kitab və dövrü-nəşrin olmasını öyrənmək lazım idi. Axundov adına kitabxanaya getdikdə, görürdük ki, Azərbaycan dilində ədəbiyyatın kartoçkaları saxlanılan şkaflar, rusca ədəbiyyatın kartoçkaları saxlanılan şkafların sayından dəfələrlə, 100 dəfə azdır. Bu isə o demək idi ki, Azərbaycan dili inkişaf etməmiş dildir və Azərbaycan dilində kifayət qədər ədəbiyyat yoxdur.
 
     Dövr dəyişdi, insanlar informasiyanı daha rahat yolla, internet vasitəsi ilə əldə etməyə başladılar. İndi dilin nə dərəcədə inkişaf etdiyini bilmək üçün kitabxanadakı şkafların sayına yox, o dildə vikipediyada nə qədər məqalənin olmasına və həmin məqalələrin keyfiyyətinə diqqət yetirmək lazımdır.
 
       Beləliklə, indi vikipediyada ən çox sayda məqalə ingilis dilindədir – təxm. 4, 5 milyon. Fransız və alman dillərinin hər birində təxm. 1,5 milyon məqalə var. Rus, italyan, ispan, polyak dillərinin hər birində isə 1 milyondan bir az çox, yapon dilində təxm. 900 min, portuqal dilində 820 min, çin dilində 750 min məqalə var. Məlumat üçün onu da əlavə edək ki, vikipediya ÇXR-da o qədər də populyar deyil və vikipediyadakı çin dilində məqalələri isə əsasən Tayvan ilə Honkonqdakı istifadəçilər yaratmışlar.
 
      Azərbaycan dilində isə məqalələrin sayı 100 minə çataçatdadır. Amma bu rəqəm heç də həqiqəti əks etdirmir. Həqiqət budur ki, Azərbaycan dilində cəmi min dənə normal məqalə olar, ya yox.

 
Vikipediyanın azərbaycanca bölməsi -   AzViki 
 

    Sovet dövründə Şamaxıda rəsədxana tikilmişdir. Biz hamımız elə bilirdik ki, orada ayı, günəşi, ulduzları müşahidə edirlər. Əslində isə həmin rəsədxana işçisinin nə ixtiyarı vardı ki, teleskopun ağzını başqa tərəfə yönəldərdi! Ola bilər, ildə cəmi bir-iki dəfə ona göstəriş verilərdi ki aya-zada baxsın. Yerdə qalan vaxtlarda isə o, bütün günü ABŞ peyklərini müşahidə etməliydi. Ona deyirdilər, teleskopun ağzını filan istiqamətə yönəlt və gözlə. Filan saatda, filan dəqiqədə oradan ABŞ-ın peyki keçəcəkdir, “dannı” larını götür... Bu misalı ona görə çəkirik ki, vikipediyanın azərbaycanca bölməsi də elə Şamaxı rəsədxanası kimi bir yerdir; adı "Açıq ensiklopediya" olduğu halda və hamımız bunu tərəfssiz informasiya mənbəyi, elm, marifçilik məktəbi hesab etdiyimiz halda, burada...  Hamımız elə bilirik ki, bura anonim bir yerdir, burada idarəçilər var, onlar aktiv istifadəçilər tərəfindən seçilirlər və vikipediyada meydana çıxan problemlərin həlli işi ilə məşğul olurlar. Kim istəyirsə idarəçi seçilə də bilər. Əslində isə məsələ tamam başqa cürdür. İdarəçilərin əsas missiyası budur ki, Vikipediyada bir-iki məqalə yarada bilmiş hər hansı bir aktiv istifadəçinin müxtəlif yollarla şəxsiyyətini müəyyənləşdirsinlər. Əgər o müstəqil fikirlidirsə, başlayırlar onu müxtəlif yollarla bezdirib vikipediyadan uzaqlaşdırılmasına. Statiskaya görə, vikipediyanın azərbaycanca bölməsində   60 mindən çox aktiv istifadəçi var. Əslində isə fəallıq göstərən istifadəkilərin sayı cəmi, 10-15 nəfərdir>>. Sözsüz ki, 10-15 nəfər, gecə-gündüz çalısa da bir neçə ilə 100 min məqalə yarada bilməzdi. Əslində qeyd edildiyi kimi AzVikidə heç min dənə fərli-başlı məqalə də yoxdur, 100 min isə görüntü üçündür. Yəni vikipediyada botların köməyi ilə məqalələrin sayını avtomatik olaraq artırmaq olur. Yaxud botsuz da 1 milyard məqalə yaratmaq olar. Məsələn, 1-dən 1 milyarda qədər neçə ədəd var? 1, 2, 25, 155, 1200, və s. - təbii ki bir milyard! Hər ədəd üçün vikipediyada məqalə yaradıb, görüntü üçün məqalələrin sayını artırmaq olar. Azərbaycanca bölmədə isə məqalələrin sayı elə bu üsullarla, süni şəkildə artırılır. Həqiqətdə isə qeyd edildiyi kimi vikipediyada azərbaycanca fərli-başlı məqalələrin sayı həddindən artıq azdır və bu hal dünya dilləri sırasında azərbaycan dilinin inkişaf etməmiş dillərdən biri olduğunu göstərməkdədir.
 
    Müqayisə üçün vikipediyanın katalon dili bölməsindəki məqalələrin sayına diqqət yetirək:>>  421 min dənə məqalə! Burada məqalələr azərbaycanca bölmədəki məqalələrin əksəriyyəti kim heç də 1 cümlədən ibarət deyil. Deməli, catalon dili azərbaycan dilindən 400 dəfə çox inkişaf etmişdir, halbuki, katalon dilində danışan adamların sayı cəmi 10 milyon nəfərdir və bu xalqın heç öz müstəqil dövləti də yoxdur.
 
    İnkişaf səviyyəsinə görə Azərbaycan dilinin dünyanın əksər dillərin xeyli geri qalması faktı təbii ki, Azərbaycan hökumətini narahat etməliydi və hökumətimiz azərbaycan dilinin inkişafı üçün, ən əvvəla vikipediyanın azərbaycanca bölməsinin inkişafına qayğı göstərməliydi. Hökumətimiz, ötən ildən AzVikiyə pul buraxmağa başladı. Lakin məlum oldu ki bu pullar, görüntü yaradılması üçün təşkil edilən görüşlərə və Osman Gündüzün QNT-sinin hesabına köçürüləcəkdir. Yeri gəlmişkən, adı çəkilən şəxs həm də ildə bir dəfə keçirilən "Milli Net" adlı saxta saytlar müsabiqəsinin də təşkilatçısıdır, hər il əvvəlcə həmin müsabiqənin iştirakçılarına səsvermə cədvəllərinin internetdə dərc edəcəyini vəd etsə də, sonda ortaya heç bir cədvəl qoya bilmir. Çünki bu müsabiqədə heç bir səsvermə-zad olmur... >> 
 
 

Vandal idarəçi Sefer azeri və idarəçi səlahiyyəti olmayan idarəçilər 

    Yuxarıda qeyd edildiyi kimi, AzViki idarəçilərinin əsas vəzifələrindən biri müstəqil fikirli aktiv istifadəçiləri bezdirərək vikipediyadan kənarlaşdırmaqdır. Ağa qara, qaraya ağ deməyin metodikası işlənilib hazırlanmışdır. Kənarda hazır “ekspertlər” gözləyirlər. Ağa qara demək lazımdırsa, onlardan birini dəvət edirlər, ay filankəs, sən qatıq sahəsində ixtisaslaşmış ekspertsən, sən yaxşı bilirsən, qatıq yəqin ki qaradır? Filankəs isə tərəddüd etmədən cavab verir: Əlbəttə ki qatıq qaradır, o həmişə qara olub və qara olacaqdır! Qatığa ağ deyən istifadəçilər və idarəçilər isə AzVikidən uzaqlaşdırılırlar. Onların yerinə isə istifadəçi adı “Sefer azeri” olan birisi gətirilmişdir. Hansı ki cəmi 5, yaxud 6-cı sinif təhsili ola, ya olmaya! Bu "çoxbilmiş", internetdəki kitabları nöqtəbənöqtə kopyə edib vikipediya məqaləsinin mətninə daxil edirdi. Əslində isə bu vikipediya prinsiplərinin və müəlliflik hüquqlarının kobud şəkildə pozulması deməkdir. Belə ki, vikipediya prinsiplərinə görə hansısa mənbədən yalnız bir, yaxud çox uzağı bir neçə cümləni olduğu kimi köçürmək və vikipediya məqaləsinə yerləşdirmək olardı, bu şərtlə ki, həmin cümlənin sonunda snoska qoyulmalı və onun hansı mənbədən götürülməsi, mənbənin müəllifinin adı qeyd edilməlidir. İstifadəçi Sefer azeri isə bütün kitabı nöqtəbənöqtə kopyələyirdi, kitabın içindəki snoskaları da üstəlik. Guya ki, bu istifadəçi həmin məqalənin yazılması zamanı 100-lə mənbədən istifadə etmişdir?! Bundan sonra isə onun vikipediya prinsiplərinə tamamilə zidd olan bu məqaləsi mütləq AzVikinin “seçilmiş məqaləsi” seçilməli idi! İdarəçilərdən və istifadəçilərdən kim bu məqalədə müəlliflik hüququnun və vikipediya prinsiplərinin pozulması faktının olduğunu deyərdisə, tezliklə vikipediyadan uzaqlaşdırılırdı...
     İstifadəçi Sefer azeri idarəçi seçilən kimi isə vandal sifətini açıq-aşkar nümayiş etdirməyə başladı. Bir şəxs ki, 5, yaxud 6-cı sinif təhsili ola, ya olmaya, o idarəçi səlahiyyətləri əldə edərsə, bundan artıq nə edə bilərdi axı?! Məsələn, bir neçə gün əvvəl o, 14-ci əsrin sonunda meydana çıxmış Şəki hökmdarlığının yaranma tarixini 100-il sonraya - 1499-cü ilə atdı !>>  Daha sonra isə Azərbaycanın tarixi dövlətlərin adı olan şablondan Şəki hökmdarlığının adını çıxartdı. >> . Bu isə o demək idi ki, ən azı 167 il mövcud olmuş Şəki hökmdarlığı Azərbaycan dövləti deyilmiş?! Məlumat üçün əlavə edək ki, ermənilər də ötən il onun kimi hərəkət edərək "Шекинское государство"nu "История Азербайджана" şablonundan çıxartmağa cəhd edirdilər. Mahiyyət məlumdur, ermənilər Azərbaycan dövlətçiliyinin kökünün 1384-cü ilə gedib çıxması istəmirdilər. Amma alınmadı. Şablonda "Шекинское государство" qaldı!!! >>   
 
 

AzVikinin inkişaf etməsi üçün nə lazımdır? 

    Ən əvvəla vandal idarəçi buradan dərhal uzaqlaşdırılmalı, aktiv istifadəçilər arasından yeni idarəçilər seçilməlidirlər. Sonra isə qonşu ölkələrdə olduğu kimi vikipediyaçıları həvəsləndirmək üçün mükafatlar təsis olunmalıdr. Rabitə Nazirliyi AzVikinin inkişafına yardım adı ilə hər il filan qədər dövlət pulunu "silir". Ortada isə heç bir nəticə yoxdur. Amma fəal vikipediyaçılara kompüter hədiyyəsi versəydi, fəal vikipediyaçılara internetə və telefona görə güzəştlər etsəydi, bu başqa məsələ, daha təsirli olardı! Vikipediyaçı olduğuna görə Rabitə Nazirliyindən pulsuz internet alan şəxs, əlbəttə ki, vikipediyada daha fəal işləyəcəkdir. Lakin Rabitə Nazirliyi heç vaxt belə güzəştlərə yol verməyəcəkdir. Çünki Rabitə Nazirliyinə AzVikinin inkişafı yox, inkişaf etməməsi və vikipediyaya yardım adı ilə dövlət pulunu "silmək", vikipediyanı tam idarəolunan quruma çevirmək lazımdır. Lazımdır ki, bura kənardan heç kim gəlib redaktəyə baş vura bilməsin, vəssalam. 


 AzVikidə ərəb əlifbası 

    Məlum olduğu kimi dünyadakı azərbaycanlıların 70 faizi İranda yaşayırlar. Amma onlar ana dilində yox, fars dilində təhsil aldıqlarına görə, ana dilində yazarkən ərəb əlifbasından istifadə edirlər. Buna görə də AzVikidəki məqalələr həm də ərəb əlifbası ilə olmalı idi. Lakin AzVikidə ərəb əlifbası ilə yazılmış məqalələr üçün vahid imla qaydaları hələ də tərtib olunmamışdır, hər səs bir işarə ilə yazılır ki, bu da İranda yaşayan azərbaycanlıların təhsil aldıqları imla qaydalarına ziddir, hətta “Azərbaycan” sözü belə düzgün yazılmır. Bu isə o deməkdir ki, AzVikidəki ərəb əlifbası ilə olan məqalələri heç kim oxumur və heç kim də oxumayacaqdır. Yazanlar isə bir-iki nəfər fanatikdir və onlar əsasən botların köməyi ilə bir neçə min məqalə yaratmışlar.
 

Son 30 gün ərzində AzVikidə azı 300 redaktə etmiş  (orta hesabla gündə 10 dənə) aktiv istifadəçilərin siyahısı

 
  1. Araz Yaquboglu (Müzakirə | Fəaliyyətlər)‏‎ (idarəçi) [3.226 redaktə son 30 gün]
  2. Cekli829 (Müzakirə | Fəaliyyətlər)‏‎ (idarəçi) [1.496 redaktə son 30 gün]
  3. Sortilegus (Müzakirə | Fəaliyyətlər)‏‎ (bürokrat, idarəçi) [1.442 redaktə son 30 gün]
  4. Asparux Xan Bulqar (Müzakirə | Fəaliyyətlər) [1.365 redaktə son 30 gün]
  5. Babək Akifoğlu (Müzakirə | Fəaliyyətlər)‏‎ (idarəçi) [1.120 redaktə son 30 gün]
  6. Eminn (Müzakirə | Fəaliyyətlər) [1.086 redaktə son 30 gün]
  7. Tubus (Müzakirə | Fəaliyyətlər) [1.068 redaktə son 30 gün]
  8. Keete 37 (Müzakirə | Fəaliyyətlər) [900 redaktə son 30 gün]
  9. Acategory (Müzakirə | Fəaliyyətlər)‏‎ (idarəçi) [770 redaktə son 30 gün]
  10. Zaur Turan(1994) (Müzakirə | Fəaliyyətlər) [718 redaktə son 30 gün]
  11. Samral (Müzakirə | Fəaliyyətlər) [482 redaktə son 30 gün]
  12. Sefer azeri (Müzakirə | Fəaliyyətlər)‏‎ (idarəçi) [482 redaktə son 30 gün]
  13. SM Brothers Holding (Müzakirə | Fəaliyyətlər) [469 redaktə son 30 gün]
  14. İrada (Müzakirə | Fəaliyyətlər)‏‎ (idarəçi) [386 redaktə son 30 gün]
  15. Enver62 (Müzakirə | Fəaliyyətlər) [360 redaktə son 30 gün]
  16. Mehdi4444 (Müzakirə | Fəaliyyətlər) [334 redaktə son 30 gün]
  17. Wertuose (Müzakirə | Fəaliyyətlər)‏‎ (idarəçi) [301 redaktə son 30 gün]
  
Aydın Məmmədov,

Əlavə qeyd


Rabitə və informasiya Texnologiyaları Nazirliyindən bu yazıya münasibət və bununla bağlı bizim tərəfimizdən əlavə izahat

    Məqalə dərc olunmuş veb-səhifənin linki məlumat üçün bizim tərəfimizdən aidiyyəti olan bəzi hüquqi və fiziki şəxslərin e-poçtlarına və onların feysbuk səhifələrinin inboksuna göndərilmişdir. Bu yazıya ilk reaksiya isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin feysbuk səhifəsindən bizim feysbuk səhifəsinin inboksuna gəldi: 
 
    
Salam. İlk öncə nəzərinizə çatdıraq ki, Rabitə Nazirliyi 2004-cü ildə ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb. Yazı boyu Nazirliyin adı Rabitə Nazirliyi kimi qeyd edilib. Azərbaycanda vikimühütin yaradılmasına gəlincə, bu zərurəti nəzərə alaraq 2013-cü ildən etibarən Nazirliyin birbaşa dəstəyi ilə İşçi qrupu yaradılıb. Əksər regionlarda könüllülərin də iştirak etdiyi təlimlər keçirilib. Xeyli sayda məlumatlar əlavə olunub və redaktələr edilib. Bu il və növbəti illərdə də bu istiqamətdə işlər davam edəcək. Diqqətiniz üçün çox sağ olun!


Biz isə öz növbəmizdə onlara belə cavab yazdıq:

Cavaba və diqqətinizə görə təşəkkürlər. O ki qaldı nazirliyin adına, yazı rəsmi sənəd deyil, ona görə də nazirliyin adını ixtisrla, daha qısa variantda yazmışıq. O ki qaldı könüllülər üçün tədbirlərə, bu əslində kimlərəsə pul ayrılması üçün protokolların tərtibi üçün lazım idi. Yəni bu görüşlər yalnız protokolların tərtib edilməsi xətrinə keçirilmişdir. Vikipediyanın azərbaycan bölməsinin inkişaf etməsini istəyirsinizsə, lütfən qonşu ölkələrdəki kimi vikipediaçıları mükafatlandırın, heç olmasa onlara pulsuz internet verin. Bir daha nəzərinizə çatdırmaq istəyirik ki, sizin AzVikiyə ayırdığınız pullar lotu-potuların cibinə gedir. Əvvəlcədən təşəkkürlər.