Heydər Əliyev:

...İpəkçi”nin yaradıcı kollektivinə haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm."

Bizimlə əlaqə:
aydin.salis@gmail.com

 
*

** 

 Bizim xəbərlər

  ILK-10 Azeri Website Directory *
* Rambler's Top100 *

    Bizim Atom 

"İpəkçi" qəzeti veb-saytının bütün xəbərlər lenti

 

Daha bir ağır korrupsiya faktı: MTN əməkdaşları vətəndaşdan - Yeni Azərbaycan partiyasının üzvündən, 200 min manat rüşvət tələb ediblər!

24 Şub 2012 11:33 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 26 Şub 2012 14:58 tarihinde Aydin Salis tarafından güncellendi ]

Azərbaycanda korrupsiyanın tüğyan etməsi ilə bağlı vaxtaşırı olaraq redaksiyamıza çoxlu sayda şikayətlər daxil olmaqdadır, bunlar bizi təəccübləndirmədiyi kinmi sizi də təəccübləndirə bilməz, ona görə onlara çox vaxt heç əhəmiyyət vermirik, belə ki bu adi bir işdir və əgər həmin şikayətləri bir-bir dərc etsək, heç nə də dəyişməyəcək! Heç görmüsünüz ki korrupsiya və rüşvət üstündə Azərbaycanda kimisə həbs etsinlər, ya işdən çıxarsınlar, yaxud heç olmasa tənbeh etsinlər? Əksinə, Azərbaycanda rüşvət və korrupsiya ittihamı ilə daha çox jurnalistləri həbs ediblər, özü də korrupsiyadan və rüşvətdən yazan jurnalistləri! Məsələn, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını – heç nəzərə almadılar ki, bu böyük jurnalist, Milli qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığını ilk dəfə aləmə car çəkmiş, ona Milli qəhrəman adı verilməsi təşəbbüsünü irəli sürmüşdür. Əgər Əvəz Zeynallı olmasa idi bizim Mübariz adlı qəhrəmanımız da omazdı, başqa sözlə bizim qəhrəmanlarımız kifayət qədərdi, sadacə onları Əvəz Zeynallı kimi üzə çıxaranlarımız yoxdu!

Məsələn, götürək bu gün redaksiyamıza daxil olmuş, vətəndaş Zakir Bədəlovun Prezidentə və aidiyyəti olan müxtəlif orqanlara ünvanlandığı şikayət məktubunu. Burada MTN əməkdaşları tərəfindən şikayətçidən nə az, nə də çox, düz 200 min manat rüşvət tələb edilməsindən söhbət gedir!!! İstisna hal kimi həmin şikayət ərizəsini aşağıda, olduğu kimi dərc edirik, görək nəsə yaxşılığa doğru dəyişəcəkmi?

 
Bakıxanov qəs.,Əhmədbəy Ağayev küç., ev 23, mən.3-də yaşayan Bədəlov Zakir Dilənçi oğlu tərəfindən

(tel.: 055 767 68 68; 425 61 84)

 

              ŞİKAYƏT ƏRİZƏSİ

Yazıb məlum edirəm ki, mən Bədəlov Zakir Dilənçi oğlu 1953-cü il 9 may Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuşam. Həmin ratonda yaşayırdım və arvadım Bədəlova Nazilə Cavid qızı və mənim qızım Bədəlova Tamara Zakir qızı Gürcüstan Respublikasında yaşayırdıq və fəaliyyət göstərirdik. Zaman elə gətirdi ki, Respublikada Prezident dəyişikliyi oldu. O, vaxtları Gürcüstanda yaşamaq qeyri-mümkün idi.

Bizə, yəni ki Azərbaycanlılara qarşı, qərəzli hərəkət edirdilər. Buna baxmayaraq bizə 3 gün vaxt qoydular: əgər siz Gürcüstanı tərk etməsəniz evinizi partladacağıq və uşağınızı oğurlayacağıq! Bunların bizə qarşı hərəkətlərinə görə məcbur olub evimizi satmaq qərarına gəldik. Ailəmizin salamatlığı üçün evimizi satdıq, 1995-ci ildə aprelin 6-da üzümüzü tutub Azərbaycan Respublikasına köçüb gəldik.

1996-cı ildə Bakı şəhərinin Yasamal rayonuna qeydiyyata düşdüm, keçmiş SSRİ pasportu ilə.№568256 xv P  23,12,86.bu pasportla qeydiyyata düşdüm və bu Respublikada hal-hazırda yaşayıram. Gürcüstan Respublikası ilə əlaqəmiz yoxdur. Həmin ərəfədə 1996-cı ildə arvadım və uşağım öz atası evinə qeydiyyata düşdülər. Azərbaycan Respublikası Qusar rayonun Şirvanovka kəndinə pasport qeydiyyatına düşdülər. 1998-ci il 12 iyulda Qusar rayonunda nikah bağlamışıq, şəhadətnamə jq№450620. 2003-cü ilin 11.11 ayda keçmiş SSRİ pasportuna Prezident fərman verildi ki kimin SSRİ pasportu varsa dəyişdirilməlidir və etibarsız sayılır. Həmin ildə Yasamal rayonunda keçmiş SSRİ pasportunu təhvil verib Azərbaycan Respublikasının yeni şəxsiyyət vəsiqəsi aldıq. Şəxsiyyət vəsiqəsinin seriyası AZE №01607681 və şəxsiyyət vəsiqəsinin kodu: 1458204. 2003-cü ildə mənə təzə şəxsiyyət vəsiqəsi verildi, keçmiş SSRİ-nin pasportunun əvəzinə.

2004-cü ildə Bakı şəhərində, Bakıxanov qəsəbəsində şəxsi həyət evi alıb həmin ünvana qeydiyyata düşdük və həmin ünvanda hal-hazırda yaşayırıq. Arvadım, qızım həmin ünvana qeydiyyata düşdülər. 2004-cü ildə mən - Bədəlov Zakir Dilənçi oğlu, Ə.Ağayev küçəsinə göstərilən ünvana pasport qeydiyyatına düşərək keçmiş şəxsiyyət vəsiqəsini təhvil verib, əvəzinə yeni şəxsiyyət vəsiqəsi aldım. Sabunçu RPİ seriya №01772974 28.01.2004-cü ildə. Qızıma da 04.07.2003-cü ildə seriyası №01145315 olan şəxsiyyət vəsiqəsi verildi. 2003-cü ildə 28.06 Sabunçu RPİ seriya №01144824. Bu günkü günə qədər həmin şəxsiyyət vəsiqəsi ilə Ə.Ağayev küç., ev 23, mən. 3-də yaşayırıq. 2005-ci il  mart ayının 23-də müraciət edərək Azərbaycan Respublikasının xarici pasportunu da almışıq. PP AZE P1369503 bu pasport Bədəlova Nazilə Cavid qızına OVER-də verilib.

Bədəlova Tamara Zakir qızı 12.07.2005-ci ildə xarici pasport alınmışdı PP AZE P1631870. Daxili işlər tərəfindən verilib, bu günə qədər Bakıxanov qəsəbəsi Ə.Ağayev küç. Ev 23, mən.3-də yaşayırıq.

Mən Bədəlov Zakir Dilənçi oğlu, Daxili işlər nazirliyinə müraciət edərək 23.03.2005-ci ildə xarici pasport almışam PP AZE P1369393, həmin ünvanda Ə.Ağayev küç. ev 23 mən. 3-də yaşayıram və qeydiyyata düşmüşəm. 2010-cu ildə 03.08-də Sabunçu rayo pasport stoluna müraciət edərək, itirilmiş şəxsiyyət vəsiqəsinin əvəzinə yeni şəxsiyyət vəsiqəsi verildi AZE07802278, 03.08.2010. Sabunçu RPİ, Bakixanov qəsəbəsi, Ə.Ağayev küç. ev 23 mən. 3-də pasport stolu tərəfindən qeydiyyata alındı. Həmin vaxtda pasport stol Qalina Pavlovna məndən  Yasamal rayonundan bir arayış gətirməyi tələb etdi. Mən də qedib Yasamal rayonundan arayış alıb Qalina Pavlovna təqdim etdim. 03.08.2010-cu ildə, Sabunçu RPİ AZE№07802278. Mən Bədəlov Zakir Dilənçi oğlu Bakıxanov qəs. Ə.Ağayev küç. Ev 23 mən.3 2004-cü ildə iyul ayında Yeni Azərbaycan partiyasının üzvü olmuşam, üzvlük vəsiqəsi №526709. Səsvermələrdə də hər dəfə iştirak etmişəm.

2009-cu ildə aprel ayının axırında milli təhlükəsizlik nazirliyinin əməkdaşı səhər tezdən həftənin birinci günü evimə gəlib məni maşına oturdaraq dedilər ki, siz milli təhlükəsizlik nazirliyinə getməlisiniz, sizi təcili Akif Çovdarov çağırıb. Maşına oturub nazirliyə getdim, Akif Covdarovun qəbuluna. Mən qəbuluna düşərkən söhbət zamanı bildirdi ki, 200 min manat pul verməlisiniz, əgər bu pul çatmasa səni və ailəni Azərbaycan Respublikasından deportasiya edəcəyəm. Səlim müəllim, təhlükəsizlik nazirliyinin əməkdaşının sözü oldu ki, 200 min manat sizdən ötəri elə bir pul deyil. 200 min manatı verin canınızı qurtarın. Mənim sözüm bu oldu ki, bu qədər pul məndə yoxdur. Mən evimi tikmək üçün Azərbaycan Kredit bankından 360.000 min manat borc pul götürmüşəm, evimi qirov qoymuşam və mənim sizə verəcək pulum yoxdur. Səlim müəllim Akif Çovdarova dedi ki,  Zakir yalan danışır, onda olan pul heç kəsdə yoxdur. Nə qədər xahiş etdim, yalvardım mənim sözümü eşitmədilər. Mənim üstümü, ciblərimi yoxlayıb cibimdə olan xarici pasportumu və şəxsiyyət vəsiqəmi götürüb özlərində saxladılar. Mənə dedilər ki, bir adama söz desən özünü ölmüş bil və həm də ailəmi hədələdilər. Dəfələrlə Səlim müəllim və Akif Covdarov mənə və arvadıma hədə qorxu gələrək, öz xoşumuzla pasportlarımızı və qızınızın pasportunu onlara təhvil verməyimi tələb etdilər.

Arvadımın cavabı bu oldu ki, mən Zakir deyiləm, pasportumu sizə verməyəcəyəm.  2011-ci ilin dekabrın 28-də Səlim və Akif Çovdarovun əməkdaşları onların sifarişi ilə təqribən günorta saat 12:30-da məni evdən zorla maşına oturdurub apardılar. Yol gedə-gedə soruşdum ki, məni hara aparırlar. Mənə dedilər ki, biz kimik ki, bizi göndərənlər göndərib. Onlar da Səlim və Akif Çovdarovun adlarını söylədilər. Məni Miqrasiya İdarəsinə gətirdilər. Səlim və Akif Çovdarovun adamları isə miqrasiya işçilərinə təhvil verdilər. Milli təhlükəsizlik nazirinin əməkdaşları bildirdi ki, səni Azərbaycan Respublikasından beş illik deportasiya edəcəyik. Araşdırma aparandan sonra miqrasiya idarəsi rəisi Əli Mərdanovun əməkdaşları, səhv etmirəmsə, Elnur adlı əməkdaş, araşdırma apardı və məlum oldu ki mən Gürcüstan vətəndaşı deyiləm. Mən Bədəlov Zakir Dilənçi oğlu bildirmək istəyirəm ki, 28 dekabr 2011-ci ildə 12:30 milli təhlükəsizliyinin nazirliyinin əməkdaşlarının şəkillərini və video görüntülərini təqdim edirəm. Miqrasiya idarəsinin birlikdə mənə göstərdikləri təzyiqləri və zorla maşına basıb apardıqlarını çəkilişə təqdim edirəm. Sizə bildirmək istəyirəm ki, mənim arvadım, uşağım Azərbaycan vətəndaşıdırlar. Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, artıq mənim taqətim qalmayıb, bütün aydınlıqları nəzərinizə çatdırdım. 2009-cu ilin aprel ayının 30-dan 2011-ci ilə qədər mənim şəxsiyyət vəsiqəmi və xarici pasportumu Səlim və Akif Çovdarov özlərində saxlamışdılar, sonra isə mən həmin 200 min manat vermədiyimə görə, mənim başıma oyunları açıblar.

28.12.2011-ci il tarixdə Səlim və Akif Çovdarovun sifarişi ilə Miqrasiya idarəsinin rəisi Arzu Rəhimov qərar çıxartmışdı ki mən 5 illik Azərbaycan respublikasını tərk etməliyəm, araşdırma aparıldı və təsdiq olundu ki mən Gürcüstan vətəndaşı deyiləm. Mən 18 ildir ki Azərbaycan Respublikasının vətəndaşıyam, burada yaşayıram  və işləyirəm, aşpaz vəzifəsində işləyirəm.

Xahiş edirəm yuxarıda göstərilənləri nəzərə alıb şikayətimi qəbul edəsiniz, şəxsiyyət vəsiqəmin mənə qaytarılmasına və təhlükəsizliyimin təmin olunmasına köməklik göstərəsiniz.

                İMZA:                                                       Z.D. Bədəlov

                                            25.02.2012

   Yeri gəlmişkən əlavə edək ki,  yuxarıdakı şikayət ərizəsində adı hallanan  Akif Çovdarovun şəxsiyyəti barədə, vaxtilə,  2008-ci ildə, "Yeni müsavat" qəzetində dərc olunmuş bir yazıda  maraqlı informasiya verilmişdir: ( Bax (mənbə):>> )

"Aydın oldu ki, fotoda üzü açıq şəkildə görünən şəxs Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisinin müavini Akif Teymurxan oğlu Çovdarovdur. A.Çovdarovun “Zeytun Bağı” Təsərrüfat Birliyi rəhbərliyi ilə yaxın əlaqələri, habelə həmin ərazidə obyekt sahibi olması ilə bağlı məlumatlar isə onun bu hücumun təşkilatçısı ehtimalını artırır"....

     "Qeyd edək ki, A. Çovdarov MTN-in polkovnikidir, adı bir çox qalmaqallı işlərdə, o cümlədən də jurnalist Elmar Hüseynovun qətli ilə bağlı açılmış cinayət işində keçir. Bəzi təsdiqlənməmiş məlumatlara görə, cənab Çovdarov qətlə yetirilən Elmar Hüseynovun həyatının son iki günündə izlənməsilə bilavasitə məşğul olub.
A. Çovdarov həmçinin Hacı Məmmədovun bandasına qarşı həyata keçirilən “Qara Kəmər” əməliyyatında iştirak edib və bu iştiraka görə iki dəfə təltif olunub. Birinci dəfə 10 mart 2005-ci ildə - “İgidliyə görə” medalı ilə, ikinci dəfə isə 16 martda - “Vətən uğrunda” medalı ilə təltif olunub. 2007-ci ilin mart ayının 27-də ona polkovnik hərbi rütbəsi verilib və “Hərbi xidmətə görə” medalı ilə təltif olunub.
   Bəzi məlumatlara görə, Elmar Hüseynov qətlə yetirilməmişdən bir qədər əvvəl cənab Çovdarov ölkə həbsxanalarında və xaricdə bir sıra avtoritetlərlə görüşmüş, onlara bəzi təkliflərdə bulunmuşdur...
   Cənab Çovdarov MTN-in indiki rəhbərinin yaxın və inandığı adamıdır.
Yekunda onu qeyd edək ki, “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin 22 fevralda “Zeytun Bağı” adlanan ərzidə döyülməsi ilə bağlı başlanmış cinayət işi artıq açılmış sayıla bilər. Ölkənin rəhbərliyi səviyyəsində qərar verilib ki, jurnalisti döyənlər saxlansın. Lakin jurnalist Aqil Xəlillə bağlı ikinci işi hüquq-mühafizə orqanları və istintaq qurama hesab edir. İstintaqın qənaətinə görə, jurnalist özü-özünə xırda xəsarət yetirib ki, onunla bağlı birinci işə diqqət artsın".

 
 
                       AKİF ÇOVDAROVUN HƏBS OLUNMASI XƏBƏRİ YAYILDI >>

Yüngül qar Şəki bazarının damını çökdürür, bazardan edilən ağır şikayətlər isə bazar rəhbərliyinə təsirsiz ötüşür?!

19 Şub 2012 16:22 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 21 Şub 2012 11:48 güncellendi ]

Son günlər Şəkiyə yağan qar bazar binasının damını da bir neçə yerdə çökdürdü:

 

  Bununla yanaşı  bazardan və rəhbərliyindən kəskin şikayətlərin də ardı-arası da kəsilmir, Məsələn, bu arada yerli sahibkarlardan biri olan Nəbi Hüseynbəyli bir sıra dövlət orqanlarına, o cünlədən bizim qəzetin redaksiyasına aşağıdakı məzmunda məlumat göndərib:

 

Azərbaycan Respublikasının Prezidenti

Möhtərəm İ.H.Əliyev cənablarına

 

Surəti: Azərbaycan Respublikası Prezidentinin İqtisadi Məsələlər üzrə köməkçisi

cənab Ə.Əsədova

 

Surəti: Azərbaycan Respublikasının Ədliyyə Naziri

cənab F.Məmmədova

 

 Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru

cənab Z.Qaralova

 

Surəti: Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri cənab K.Heydərova

 

Surəti: Azərbaycan Respublikasının Səhiyyə Naziri

cənab O.Şirəliyevə

 

Surati: Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri

cənab Ş.Mustafayevə

 

Şəki şəhəri, M.F.Axundov prospekti 3B ünvanda yaşayan Hüsenbəyli Nəbi Məmməd oğlu tərəfindən

 

Ə R İ Z Ə

 

Möhtərəm Prezident cənab İ.H. Əliyev və hörmətli cənablar!

Mən dəfələrlə Sizlərə müraciət edərək Şəkidə yerləşən bəzi obyektlərdə, o cümlədən «Şəki bazar» ASC-də hökm sürən tam özbaşınalıqdan, heç bir təhlükəsizlik, antisanitariya, əsas da yanğına qarşı heç bir qaydalarına riayət olunmamasından, ancaq pul mənimsəyib, vergidən və sair qanunvericilikdən yayınmaqdan məlumat vermişdim. Buna bir daha bu gün, 17.02.2012-ci il tarixdə günorta saatlarında ASC-nin inzibati binasının cənub hissəsinin qəflətən uçması əyani sübutdur. ASC-də sahibkarlıqla məşğul olan və bazara alış-verişə gələnlərin həyatına bu soyğunçular belə laqeydlik göstərirlər.

Yuxarıda göstərilənləri nəzərə alaraq ciddi tədbirlər görməyinizi bir daha Sizlərdən xahiş edirəm.

 

İmza:                                          N.M.Hüseynbəyli

 

                                            17.02.2012

Gəncədən Şəkiyə 150 min ədəd tut tingi gətirilmişdir

13 Oca 2012 17:05 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 13 Oca 2012 17:05 güncellendi ]

Ötən ilin sonunda Gəncədəki Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutundan “Şəki-İpək” ASC-nə 150 min ədəd yüksək keyfiyyətli tut tingləri gətirilmiş və onlar müəssisənin uzun müddətə icarəyə götürdüyü tut plantasiyalarında əkilməyə başlamışdır. Məlumat üçün əlavə edirik ki,  “Şəki-İpək” ASC  bir xüyli vaxtdır ki Şəki rayonunun müxtəlif yerlərində 117 hektar ərazidə toxmacar bağlarının salınması və tut ağaclarına qulluq edilməsi ilə məşğuldur. Bunun üçün 40 nəfər işçi ayrılmışdır və onlar müəssisədən öz zəhmətlərinin müqabilində əməkhaqqı alırlar.

Biz kümdarların baramaqurdu bəsləmələri üçün pulsuz yemlə təmin edirik, hətta  30 dənə dəmir konstruksiyalı kümxanalarımız da var və onları da pulsuz olaraq kümdarların istədiyi yerdə quraşdıra bilərik, yalnız üstünü özləri örtməlidirlər, hər birində bir mövsümdə 2 qutu (40 qram) baramaqurdu bəsləmək imkanı var,  təki barama yetişdirməklə məşğul olsunlar – deyə,  “Şəki-İpək” ASC İdarə heyəti sədrinin müşaviri Teymur Musayev məlumat verir və əlavə edir ki, - Gəncədən gətirilmiş tut tingləri üçün  1 qəpik belə pul ödənilməmişdir, bizim müəssisə ilə İpəkçilik İnstitutu arasında sıx əlaqələr var, qarşılıqlı əməkdaşlıq edirik,  həmin səbəblərdən də bu tinglər institut tərəfindən bizə hədiyyə edilmişdir.

Aydın Məmmədov

AZƏRBAYCANDA İPƏKÇİLİYİN İNKİŞAF PERSPEKTİVLƏRİ

13 Oca 2012 16:13 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 29 Oca 2012 18:17 tarihinde Aydın Məmmədov tarafından güncellendi ]

    Azərbaycanda ipəkçilik 1500 illik qədim tarixə və şanlı ənənələrə malik olan bir sahədir. XX əsrin ikinci yarısında. xüsusən də 70-ci ildən başlayaraq ipəkçiliyin inkişafı daha geniş vüsət almışdı. O dövrdə respublikada ildə 5-6 min ton yaş barama, 350-400 ton xam ipək istehsal olunur, bundan on milyonlarla kvadrat metr müxtəlif çeşidli ipək parçalar toxunurdu. İpəkqurdunun bəslənilməsi və barama istehsalı ilə 150 mindən çox kəndli ailəsi (təxminən  750-800 min adam) məşğul olurdu. İpək sənayesində isə 14 min nəfərdən çox, o cümlədən Şəki İstehsal İpək  Birliyində 7 min nəfərdən çox daimi işçi çalışırdı. Azərbaycan SSRİ-də barama istehsalatına görə 2-ci (Özbəkistandan sonra), baramanın və ipəyin keyfiyyətinə görə isə 1-ci yeri tuturdu. Azərbaycan baraması və ondan alınan ipək dəfələrlə beynəlxalq sərgilərdə nümayiş etdirilərək böyük müvəffəqiyyət qazanmış, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Təəssüf ki  respublikamız müstəqillik əldə etdikdən dərhal sonra hakimiyyətə gəlmiş qüvvələrin  səriştəsizliyi ucbatından ölkəmizdə yaranmış siyasi və iqtisadi hərc-mərclik  bir çox sahələr kimi ipəkçiliyə də güclü zərbə vurdu. Respublikamızda olan 2  damazlıq ipəkçilik stansiyası, 7 barama toxumu zavodu, 30-a yaxın rayonun baş barama qurutmaxanası, bunların əhatə etdiyi 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqəsi, “Şəki-İpək” şirkəti, Ordubad və Ağdaş baramaaçma fabrikləri öz istehsalı dayandırmalı oldu, 100 minlərlə adam işsiz qaldı. 1500 illik Azərbaycan ipəkçiliyi məhv olmaq təhlükəsi ilə qarşılaşdı.

Lakin ümummilli lider H.Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması bir çox bəlalarla yanaşı bu təhlükənin də qarşısını aldı. Onun şəxsi tapşırığı və sərəncamı ilə 2001-ci ildə dövlət: büdcəsində xeyli vəsait ayrılaraq "Şəki-İpək" ASC-nin (keçmiş Şəki İstehsal İpək  Birliyinin) istehsal fəaliyyəti bərpa olundu. Hazırda müəssisənin tam istehsal gücü ilə xam ipək istehsal etməsi üçün ildə 650-700 ton quru barama tələb olunur ki, bu da təxminən 2000 ton yaş barama deməkdir. Ancaq respublikamızda tut ipəkqurdunun bəslənilməsi və yaş barama  yetişdirilməsi çox cüzi səviyyədə olduğu üçün müəssisə öz istehsal gücünü qismən də olsa ödəmək naminə son illərdə (2004-2008-ci illər) xaricdən bir neçə yüz ton quru barama almağa məcbur olmuşdur. Halbuki mövcud potensial imkanlarından səmərəli istifadə etməklə, o cümlədən ipəkçiliyin yem bazasını və barama toxumu istehsalmı gücləndirməklə respublikamızda 2000 ton yaş barama yetişdirmək mümkündür!

Respublikamızda 2000 ton yaş barama istehsal olunacağı təqdirdə 50-60 min kəndli-fermer ailəsinin (və yaxud təxminən 200-250 min nəfərin) tut ipəkqurdunun bəslənilməsi üçün mövsümi işlə təmin olunacağına, bu işlə təkcə yetkin yaşlı, fiziki sağlam şəxslərin deyil, həm də yeniyetmələrin, təqaüdçü qocaların və əlillərin də məşğul ola biləcəyinə, ipəkçiliyin yeni işə salınacaq damazlıq müəssisələrində, baramanın tədarükü və ilkin emalı məntəqələrində  barama qurutmaxanalarında, “Şəki-İpək” ASC-də 1000-1200 daimi iş yerlərinin açılacağına, yeni salınacaq tut plantasiyalarının respublikamızın iqtisadiyyatına müsbət təsir göstərəcəyinə, barama istehsalının artırılmasının bir çox rayonlar və bütövlükdə respublikamızın sosial-iqtisadi inkişafına yardım edəcəyinə, yetişdirilmiş baramanın müqabilində kənd əhalisinə hər il təxminən 18 milyon manat  zəhmət haqqı ödəniləcəyinə,  respublikada ümumi daxili məhsulun həcminin artacağına, beynəlxalq  standartlara uyğun xam ipək və ipək məhsulları istehsalı hesabına ölkənin ixrac potensialının artmasına səbəb olacaqdır.

Hazırda “Şəki-İpək” ASC-nin baramaaçan istehsalatı xammal çatışmamazlığı səbəbindən öz fəaliyyətini tamamilə dayandırmış və işçilər öz hesabına məzuniyyətə buraxılmışdır. İpəkçilik sənayesinin bərpası və gələcəkdə inkişafının təmin olunması, yem bazasının möhkəmləndirilməsi, barama istehsalının artırılması, barama istehsalı ilə məşğul olan kümdarların maddi maraqlarının gücləndirilməsi, əhalinin işlə təmin olunması və onların sosial-rifah halının yaxşılaşdırılması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilməsini məqsədə uyğun hesab edirik:

-   respublikamızın ipəkçiliklə məşğul olmuş rayonlarında 2011-2020-ci illər ərzində yeni tut plantasiyaların salınması məqsədilə xüsusi torpaq sahələri ayrılmalı, mövcud tut bağları bərpa edilərək qorunmalı, baramaçılıq üzrə fermer təsərrüfatının yaradılması bərpa edilməlidir. Bu işlərin görülməsi üçün bələdiyyə orqanlarına lazımi miqdarda pul vəsaiti ayrılmalı və onlar Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə pul vəsaitinin təyinatı üzrə xərclənməsinə və respublikada ipəkçiliyin inkişaf etdirilməsi proqramının yerinə yetirilməsinə nəzarəti həyata keçirsələr lazımi nəticə əldə etmək olar;

- əsas və yüngül tipli konstruksiyadan hazırlanmış kümxanalarınm tikintisinə, eləcə də lazım olan dəmir rəflərin (stellajların) hazırlanmasına vəsait ayrılması təmin edilməlidir;

-   Kənd Təsərrüfatı Nazirliyinin balansında olan Şəki-Zaqatala iqtisadi regionunda yerləşən 3 barama toxumu zavodunun və 1 damazlıq ipəkçilik stansiyasının fəaliyyəti bərpa edilməlidir;

-   yem bazasının möhkəmləndirilməsi üçün aqrotexniki tədbirlər əsasında mövcud tut bağlarının yüksək məhsuldar sortlar hesabına yaxşılaşdırılması, ting istehsalının artırılması;

-   yüksək keyfiyyətli elit və hibrid qrena (barama toxumu) istehsalı üçün damazlıq işlərinin elmi əsaslar üzərində təşkili;

-   yaş baramanın alış qiymətinin aşağı olması səbəbindən (3 manat) bu sahə ilə vaxtilə məşğul olan kənd əhalisi hazırda tut ipəkqurdunu yetişdirmək istəmirlər, baxmayaraq ki, bu qiymət ipəkçiliklə məşğul olan digər ölkələrdəki qiymətdən yüksəkdir. İpəkçiliyin inkişaf etdirilməsi məqsədilə bir sıra ölkələrdə (İran, Özbəkistan, ÇXR, Hindistan və sair) yaş baramanın alış qiyməti ilə istehsal olunan məhsulun maya dəyəri arasında olan fərq dövlət tərəfindən tənzimlənir və barama emal edən müəssisələrə bir sıra güzəştlər təklif olunur. Əgər kümçülərə yetişdirdikləri hər 1 kq yaş baramaya görə dövlət tərəfindən yardım (dotasiya 2-3 manat həcmində) verilsə, o zaman respublikada barama istehsalının artırılması mümkündür;

-   tut ipəkqurdunun toxumunun istehsalı, baramanın ilkin emalı, xam ipək istehsalı müəssisələri üçün idxal olunan materiallar və avadanlıqlar müstəsna hal kimi gömrük rüsumlarından (gömrük sənədləşməsindən başqa) azad olunsun;

-   tut ipəkqurdunun toxumu, xam ipək və ipək məhsulları istehsalçıları 10 il müddətinə bütün vergilərdən azad olunsun;

-   tut ipəkqurdu toxumu, barama, xam ipək və ipək məhsulları istehsalçılarına yanacaq, elektrik enerjisi və təbii qaz güzəştli tariflərlə verilsin.

İpəkçilik sənayesinin spesifik xüsusiyyətləri ona sərf olunan vəsaitin və kapital qoyuluşunun uzunmüddətli olmasını tələb edir.

         Yuxarıda adları çəkilən problemlərin həll edilməsinə dövlət tərəfindən köməklik göstərilsə yaxın gələcəkdə ipəkçilik sahəsində duran mühüm məsələlər öz həllini tapar, eyni zamanda ipəkçiliyin gələcək inkişafının əsası qoyulmuş olar.
 
Teymur Musayev,
“Şəki-İpək” ASC İdarə heyəti sədrinin müşaviri

"Şəki-Bazar" ASC-nin rəhbəri həbsdən azad edilsə də Şəkidən qovuldu! >>

22 Ara 2011 12:07 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 22 Ara 2011 12:53 güncellendi ]

   Xəbər verdiyimiz kimi, 16 dekabr 2011-ci il tarixdə "Şəki-Bazar" ASC-nin rəhbəri V.Abdullayev və daha  2 vəzifəli şəxsi həbs edilmişdir. Həmçinin qeyd eləmişdik ki, 15 dekabr tarixdə bazar ərazisində insident baş vermişdi - satıcılardan biri "Şəki-Bazar" ASC-nin rəhbərliyinin qanunsuz əməllərinə dözə bilməyərək özünü yandırmağa cəhd edib ( Bax:>> ). Yeri gəlmişkən, xatırladırıq ki, analoji hadisə 1 il əvvəl də olub: bir mömin zərgər,  bazardakı  emalatxanasına görə ondan birdən-birə  7 dəfə artıq yer pulu istənilməsinə etiraz olaraq özünü yandırmağa cəhd etmişdir. O vaxt həmin insident ört-basdır edilsə də, bu dəfə hüquq-mühafizə orqanları bir az cəld tərpənərək hadisəni isti-isti araşdırmağa az-maz cəhd ediblər.  ASC-nin rəhbəri V.Abdullayev  onlara mane olmaq istədikdə isə onu 2 köməkçisi ilə birlikdə "polisə müqavimət" adı altında həbsə atıblar.
  Lakin bazar ertəsi - 19 dekabr tarixdə  V.Abdullayev və köməkçiləri həbsdən azad edilib. Rəsmən təsdiq olunmasa da, mötəbər mənbələrə görə o, artıq nəinki "Şəki-Bazar" ASC rəhbərliyindən kənarlaşdırılmışdır, hətta Şəkidən də belə qovulmuşdur.
  Baş verən hadisələrlə bağlı, Şəki Rayon Prokurorluğu hələlik heç bir rəsmi açıqlama vermir, həmçinin cinayət işinin açılıb-açılmaması da məlum deyil.
 Sonda onu da xatırlatmaq yerinə düşər ki, bu ilin fevral ayında da şəkli sahibkarlardan biri yerli hakimiyyətə etiraz olaraq özünü körpüdən atmaqla intihar etmişdir. O vaxt  mərhum sahibkarı intihara vadar edən vəzifəli şəxslərdən ikisi həbs edilsələr də, sonra onlar icbari cəza ilə azadlığa buraxıldılar və onlardan birinə - Eldəniz Qəhrəmanova yüksək "etimad" göstərildi:  o, YAP Şəki  Təşkilatının aparatında  ştatlı məsul  vəzifəyə irəli çəkildi?!  

"Şəki-Bazar" ASC-də baş verən qanunsuzluqlar barədə

16 Ara 2011 11:48 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 19 Ara 2011 11:03 güncellendi ]

Azərbaycan Respublikasının Prezidenti  Möhtərəm İlham Əliyev cənablarına

 Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevaya

Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri cənab F.Ələsgərova.

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova

Ombudsman xanım Elmira Süleymanovaya

Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri cənab K. Heydərova  Azərbaycan Respublikasının Səhiyyə  Naziri cənab O.Şirəliyevə 

Azərbaycan Respublikasının Vergilər  Naziri cənab F.Məmmədova 

Azərbaycan Respublikasının Daxili İşlər  Naziri cənab R. Usubova                                  
“Şəkinin səsi” “İpəkçi” qəzetinin baş redaktoru A.Məmmədova.                                      

Surəti: Şəki Rayon Prokuroru cənab A.Rəhimova                       

Surəti: Şəki ŞRPŞ rəisi cənab E.İlyasova 

 

Müraciət

 

Möhtərəm Prezident İlham Əliyev cənabları. Hörmətli Mehriban xanım. Hörmətli cənablar, hörmətli xanım E.Süleymanova.

Bizlər 2010-cu ilin may ayından etibarən Sizlərə çox sayda müraciət ünvanlayaraq, Şəki şəhər İcra Hakimiyyətinin keçmiş başçısı M.Cabbarlının da işlədiyi müddətdə dəstəklədiyi “Şəki-Bazar” ASC-nin Abdullayev Vahid Vaqif oğlunun rəhbərliyi altında vəzifəli şəxslərinin özbaşınalıqları, dələduzluqları, vergi ödəmələri və maliyyə işlərində törətdikləri cinayətlər, o cümlədən bizlərə məxsus daşınmaz əmlakları zəbt etmələri, hətta söküb talamaqları barədə məlumatlar verib tədbir görülməsini xahiş etmişdik. Lakin bəzi vəzifəli şəxslərin havadarlığı sayəsində V.Abdullayev və onun dəstə üzvləri barəsində cinayət işi açılmamış və sənədlər mülki qaydada araşdırılması üçün Məhkəməyə göndərilmişdir. M.Cabbarlının dövründə “Şəki-Bazar” ASC-nin ərazisində bir neçə dəfə müxtəlif insidentlər baş versə də, bazar rəhbərliyi tərəfindən ört-basdır edilmişdir. Lakin Cabbarlının bədnam rəhbərliyi sona çatdıqdan sonra da “Şəki-Bazar” ASC rəhbəri V.Abdullayev, onun  dəstəsinin üzvləri-Eldəniz, Elxan və Eldar qardaşları, hər ikisinin adı Anar olan iki şəxs və Qurbanın özbaşınalıqları bu günə qədər davam edir. Heç bir qanunun işləmədiyi “Şəki-Bazar” ASC-nin ərazisində dəhşətli antisanitariya, hərcmərclik, heç bir standarta uyğun olmayan alış-veriş şəraiti, vergi ödəmələrinin gizlədilməsi, yanğın təhlükəsizliyinə riayət olunmaması, kənar şəxslərə məxsus obyektlər zəbt olunaraq, heç bir müqavilə və sənədləşmə olmadan öz yaxın adamlarına qanunsuz icarəyə verilib. Əldə edilən pulların mənimsənilməsi, sahibkarların incidilərək onlardan 2010-cu ilin may ayına qədər ödədikləri rüsumlardan 3-5 qat artıq tələb etmələri, hətta sahibkarların zorla iş yerindən çıxarılması bu gün də davam edir. Onların bu alçaqlığından cana doyan sahibkarlardan biri (Əlövsət adlı şəxs) 15.12.2011-ci il tarixdə “Şəki-Bazar” ASC inzibati binasının önündə üstünə benzin tökərək yandırmaq yolu ilə intihara cəhd etmişdir. Ətrafdakıların və deyilənlərə görə hətta polis işçisi (işçilərinin) köməyilə bu faciənin qarşısı alınmışdır.

Möhtərəm Prezident İ.Əliyev cənabları.

Hörmətli Mehriban xanım.

Hörmətli cənablar, hörmətli xanım E. Süleymanova.

Bu dəstə, xüsusilə də V.Abdullayev və onun bazar mafiyası nəzarətsiz qaldıqca günü-gündən azğınlaşır. Bu mafiyanı kimin qoruduğunu bilmirik, amma bir o məlumdur ki, heç kim istər antisanitariyaya, istər dələduzluğa, istər yanğın təhlükəsizliyinə, istər vergi-maliyyə cinayətkarlığına, istər yanğın təhlükəsizliyinə riayət olunmamasına, istər rekertlik hərəkətlərinə nəzarət edən təşkilatların əməkdaşları onların bu özbaşınalıqlarını araşdırıb tədbir görmələrinə kimlər tərəfindənsə maneçilik törədilir.

Yuxarıda göstərdiklərimizi nəzərə alaraq, “Şəki-Bazar” ASC-nin rəhbəri V.Abdullayev, Eldəniz, Elxan və Eldar qardaşları, hər birinin adı Anar olan iki şəxs və Qurbanın vətəndaşların başına açdığı oyunların nəticəsində onlara, o cümlədən bizlərə vurduqları maddi və mənəvi zərərə görə onlar haqqında ciddi tədbir görülməsi, onlara vətəndaşı özünü öldürmək həddinə çatdırmasına görə cinayət işinin açılması, onların məsuliyyətə cəlb olunması, vergi, maliyyə sahəsində saxtakarlıqlarının ifşa olunmasının təmin olunması, bu proseslərin obyektiv aparılması üçün müvafiq göstərişlər verilməsini Sizdən xahiş edirik.

 Əvvəlcədən Sizlərə öz təşəkkürümüzü bildiririk.

 

Hörmətlə: Q.C.Tağıyev. Şəki, Bağbanlar 67/31

                 S.O.Qarayev. Şəki, Çexov 99

                 M.H.Hüseynov. Şəki, M. Quliyev 22

                 N. M.Hüseynbəyli. Şəki, M. F. Axundov 3 B

                 N. M.Əhmədov. Şəki, M. Ə. Rəsulzadə 168/33

                 S.M.Kərimov. Şəki, Nizami 59               

                 U.A.İbrahimov. Şəki, M. Əfəndiyev 5                 

                 və s.
 
R.S. Bu gün - 16 dekabr 2011-ci il tarixdə, əldə etdiyimiz məlumata görə “Şəki-Bazar” ASC rəhbəri V.Abdullayev və digər 2 əməkdaş həbs edilib!

Qeyri-milli “Milli Net”

11 Ara 2011 11:42 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 22 Oca 2012 12:08 tarihinde Aydin Salis tarafından güncellendi ]

 

     Azərbaycan İnternet Forumu tərəfindən 3-cü dəfə təşkil olunan və ötən ilin sonunda “yekunlaşdırılan” Milli Net – Milli İnternet Mükafatı uğrunda müsabiqə, bu dəfə də ədalətlilik və obyektivlik baxımından ümidləri doğrulmadı və bu hal əlbəttə ki əksər müsabiqədə iştirakçısının haqlı narazılığına səbəb olmuşdur.
    Diqqət yetirdik ki, Azərbaycanda internetin guya başbilənləri olan AİF-in rəsmi saytı qeyri-peşəkar olmaqla “WordPress”də pulsuz yığılmışdır! Orada göstərilən əksər AİF üzvlərinin kontaktları isə pulsuz e-poçtdadır və onların da əksəriyyəti işləmir.
    Millinet.az saytının kontakları da pulsuz e-poçta yönəldilir, elə buna görə də güman etmək olar ki bu saytın da hostu pulsuz serverdədir.

2012-cü il üçün Milli Net  – Milli İnternet Mükafatı uğrunda müsabiqəni diqqətlə izləyib aşağıdakı kimi qiymətləndirdik:

1.Səsvermələrin nəticəsi sonradan saxtalaşdırılmayıbsa, deməli, səsvermə proseslərində bir çox hallarda qeyri-peşəkarlığa, yaxud qərəzçiliyə, yaxud münsif səlahiyyətlərindən sui-istifadəyə yol verilmişdir!
2.Saytların kateqoriyasının müəyyənləşdirilməsində də bir çox hallarda qeyri-peşəkarlığa, yaxud qərəzçiliyə, yaxud vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verilib, kateqoriyaların təsvirləri isə ümumiyyətlə tərtib edilməyib!
3.Səsvermə prosesi şübhəlidir, belə ki səsvermə cədvəlləri ortada yoxdur və müsabiqənin Qaydalarında nəzərdə tutulduğunun əksinə olaraq Millinet.az saytında dərc edilməyib!
4.Milli Net Təşkilat Komitəsinin üzvləri sırasında azərbaycan dilini pis bilən, azərbaycanlılara həqarətlə yanaşan, azərbaycanlıları təhqir edən və bundan ləzzət alan qeyri-azərbaycanlılar var və bütün səlahiyyət onların əlindədir! Onlar Azərbaycanın tarixi xəritələri olan saytların bu müsabiqədə iştirak etməsinə də mane olublar; onlar özlərini veb-mütəxəssis kimi təqdim etsələr də, əslində heç elmlər namizədi belə deyillər, halbuki kifayət qədər yaşları var!
A.Məmmədov,
"İpəkçi" qəzeti, №1 (2283), 20 yanvar 2012-ci il

Əlavə olaraq baxın:>>

 

 11.12.2011

Milli NET - MİLLİ İNTERNET MÜKAFATI UĞRUNDA MÜSABİQƏNİN TƏŞKİLATÇILARINA MÜRACİƏT

    3-cü dəfə təşkil olunan Milli Net   Milli İnternet Mükafatı uğrunda müsabiqə, bu dəfə ədalətlilik və obyektivlik baxımından ümidləri doğrulmadı və bu hal əlbəttə ki əksər müsabiqədə iştirakçısının haqlı narazılığına səbəb olmaqdadır...
 
Artıq 3-cü dəfədir ki, əvvəlcədən elan edildiyinin əksinə olaraq  müsabiqədə iştirak edən saytlara  Müsabiqə Komissiyasının  üzvləri tərəfindən 1-ci mərhələdə verilən  qiymət (“bal”, yaxud “xal”)  gizli saxlanılmaqdadır! Heç şübhəsiz, müsabiqənin 1-ci mərhələsində əslində heç bir səsvermə keçirilmir, sadəcə,  kifayət qədər təcrübəsi olmayan 1, ya 2 nəfər şəxs tərəfindən bəzi saytlar nominant elan edilir, vəssalam!  Məsələn, bu dəfə,  “Media və İnformasiya” nominasiyası üzrə, yalnız müəlliflik hüquqlarını pozan, ciddi resurs olmayan, yaxud, ümumiyyətlə, media və informasiya kateqoriyasına aid olmayan saytlar nominant elan edilmişdir! Hesab edirik ki,  Milli Net'in – Milli İnternet Mükafatı üzrə müsabiqənin, təşkilatçıları 1-ci mərhələdə saytların ədalətli və obyektiv qiymətləndirmə mexanizmini hələ də tapa bilməyiblər. 
Builki müsabiqənin ədalətli sonluqla başa çatması üçün təklif edirik ki, hər nominasiya üzrə, ana səhifəsinin  “Google Page Rank" əmsalı  4 və daha çox olan saytlar da əlavə olaraq nominant elan edilməli və 2-ci səsvermə mərhələsinə buraxılmalıdırlar.
 
 
Onu da əlavə edək ki, biz ilk 5 nominaciya üzrə müsabiqənin 1-ci səsvermə mərhələsinə qatılmış bütün saytların "Google Page Rank" əmsalını bir-bir yoxladıq, cəmi 16 saytın PR əmsalı 4, yaxud 5-dir ki, onlardan da 9-u artıq nominantdır (aşağıdakı siyahıda  artıq nominant elan olunmuş saytların domenlərinin qarşısında + işarəsi qoyulmuşdur):
 
 
Korporativ saytlar

 

5 – http://digitalstream.ws/ +

4 – http://chingiz.net/

 


İctimai-sosial saytlar

 

4 – http://gtm.az/

4 - http://aegee-baki.org/ +

 


Media və İnformasiya

 

4 –  http://yayim.net/ +

4 – www.ipekchi.info

4 – http://www.banks.az/ +

 


Mədəniyyət, incəsənət və turizm saytları

4 –  http://www.muselman.ws/

4 –  http://azeriart.net/ +

4 –  http://www.bakulife.az/ +

 


Ailə, uşaq və sağlamlıq

 

5 –  http://atusda.com/

4 – http://diabet.az/ +

4 – http://saglamaile.az/ +

4 – http://www.bebe.az/ +

 
 
 

Prezident İlham Əliyev Şəkidə

17 Kas 2011 16:42 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 17 Kas 2011 17:02 güncellendi ]

İlham Əliyev noyabrın 17-də Şəkiyə səfər etmişdir


İlham Əliyev Şəkidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Prezident İlham Əliyev Şəki rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Bildirildi ki, ərazidə yaşıllıq zolağı daha da genişləndirilmişdir. 

 


İlham Əliyev Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

Prezident İlham Əliyev Şəki Olimpiya İdman Kompleksinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Dövlət başçısı kompleksin yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, regionun ən böyük olimpiya idman komplekslərindən biri olan bu idman mərkəzi 2002-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin iştirakı ilə açılmışdı. O vaxtdan başlayaraq bu kompleksdə bir çox idman yarışları, təlim məşqləri və digər ictimai-sosial tədbirlər keçirilmişdir. Son dövrlərdə isə ərazisi bir qədər də genişləndirilmiş kompleks aparılan yenidənqurma işləri nəticəsində müasir standartlar səviyyəsinə çatdırılmışdır. Buradan aydın görünür ki, ölkəmizdə bütün idman qurumlarının bir yerdə fəaliyyət göstərməsi uğurlu nəticənin əldə olunmasının əsas səbəblərindən biridir. Bu sırada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın idmançılara olan diqqəti də nəzərdən qaçmır. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyevanın səmərəli fəaliyyəti bu sahədə ölkəmizin ciddi uğurlar qazanması ilə müşayiət olunur. Bir sözlə, Azərbaycan dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olmuşdur və nailiyyətin təməlində ölkəmizdə idmana olan yüksək münasibət dayanır.

Azərbaycan Prezidenti voleybol zalına və hovuza baxdı, ikinci mərtəbədəki konfrans zalında yaradılmış şəraitlə tanış oldu.

Qeyd edildi ki, kompleksdə yenidənqurma işlərinə 2008-ci ildən başlanılmışdır. Sahəsi 8 min kvadratmetr olan kompleksdə 2,2 min kvadratmetrlik böyük idman zalı yaradılmışdır. Kiçik idman zalının sahəsi isə 1800 kvadratmetrdir. İdman zalları gələcəkdə burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. İdman və sağlamlıq üçün bütün infrastrukturun yaradıldığı Olimpiya Kompleksində hər biri 800 kvadratmetr olmaqla hovuz və SPA mərkəzi, 240 kvadratmetr sahədə isə trenajor zalı yaradılmış və zəruri idman avadanlığı quraşdırılmışdır.

Yenidənqurma işləri nəticəsində kompleksin ərazisində 1400 kvadratmetr sahəni əhatə edən akvapark yaradılmışdır. Bütün əyləncə növlərinin olduğu bu kompleksdə restoran və boulinq zalı da fəaliyyət göstərəcəkdir. Konfrans zalının, internet klubun da yaradıldığı Şəki Olimpiya İdman Kompleksinin tərkibinə 1500 kvadratmetr sahəsi olan otel bölməsi də daxildir. Kompleksin ərazisində 8 min kvadratmetr sahəsi olan futbol meydançası da yaradılmışdır. Ərazidəki 27 kottecdə idmançıların istirahəti üçün bütün imkanlar vardır. Otel də daxil olmaqla bu kotteclər Şəkidə təşkil olunan yarışlarda iştirak etməyə gələn idmançıların qalması və istirahəti üçün nəzərdə tutulmuşdur. Kompleksdə uşaqların da idman növləri ilə məşğul olmaları üçün bütün şərait vardır. Burada balacalar üçün 380 kvadratmetrlik uşaq əyləncə binası da tikilmişdir. Kompleksdə yaradılan şərait bir daha təsdiqləyir ki, dünyada özünün sürətli iqtisadi inkişafı ilə fərqlənən Azərbaycan həm də nəhəng idman mərkəzinə çevrilməyi qarşıya məqsəd qoymuşdur. Bu məqsədə nail olmaq yolunda atılan addımlar isə öz bəhrəsini verir.

Dövlət başçısı, həmçinin idmançıların, eləcə də xarici qonaqların qalması üçün burada yaradılan otaqlara, kotteclərə və uşaqlar üçün əyləncə və istirahət mərkəzinə baxdı.

Bildirildi ki, buradakı “Karvan” restoranında nümunəvi xidmət göstəriləcəkdir.

Prezident İlham Əliyev yenidənqurma işlərindən razılığını bildirdi.

 


İlham Əliyev Şəkidə Mərkəzi Xəstəxananın açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində mərkəzi xəstəxananın açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, 100 çarpayılıq xəstəxananın inşası müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir. Xəstəxananın təməli 2008-ci ilin sentyabrında Azərbaycan Prezidentinin iştirakı ilə qoyulmuşdur.

Əsas bina altı korpusdan ibarətdir. Birinci və ikinci korpuslar üçmərtəbəli, üçüncü və dördüncü korpuslar ikimərtəbəli, digər iki korpus isə birmərtəbəlidir. Burada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə, onkoloji xəstəliklər, göz xəstəlikləri, diaqnostika, laboratoriya, dializ və poliklinika şöbələri fəaliyyət göstərir.

Təcili tibbi yardım şöbəsi ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, burada reanimasiya və kiçik əməliyyat bloku vardır.

Qeyd olundu ki, bu şəfa ocağında 300-dək tibbi heyət əhalinin sağlamlığının keşiyində duracaqdır. Şöbələrdə quraşdırılan avadanlıq tibb elminin ən son nailiyyətlərinə əsaslanır. Burada ultrasəslə müayinə, hemodializ, anesteziya avadanlığı, rentgenoqrafiya, kompyuter-tomoqrafiya, laboratoriya, süni nəfəs aparatları quraşdırılmışdır. Xəstəxanada, həmçinin müasir 4D ultrasəslə müayinə aparatı qoyulmuşdur. Buradakı avadanlıq dünyanın aparıcı ölkələrinin istehsalıdır.

Bildirildi ki, tibb ocağında cərrahiyyə blokları ən son tibbi avadanlıqla təmin edilmişdir. Bloklarda ilk dəfə olaraq Azərbaycan dilində xüsusi sensorlu monitorlar quraşdırılmışdır. Bu monitorlar vasitəsilə cərrahiyyə bloklarında işıqlandırma və havalandırma rejiminə vahid mərkəzdən nəzarət edilir. Bundan başqa, blokların divarları da xüsusi istilik sistemi ilə təchiz olunmuşdur ki, bu da dünyanın ən aparıcı ölkələrinin tibb ocaqlarında istifadə edilir. Xəstəxanada hər cür şəraitlə təchiz edilmiş konfrans zalı da fəaliyyət göstərir.

Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına inşa olunan xəstəxananın dörd hektarlıq həyətyanı sahəsində avtodayanacaqlar, su hovuzları, içməli və çirkab su anbarları, nasosxana, transformator yarımstansiyası, qazanxana tikilmişdir. Xəstəxananın həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır.

Tibb ocağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi və Şəki ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Şəki ictimaiyyətinin və xəstəxananın kollektivi adından çıxış edən həkim İmran Əliyev dövlətimizin başçısına minnətdarlığını çatdırdı.

Sonda xatirə şəkli çəkdirildi.

 


 

İlham Əliyev Şəkidə “Green Hill İnn” mehmanxanasının açılışında iştirak etmişdir

 
 
Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində “Green Hill İnn” mehmanxanasının açılışında iştirak etmişdir.

Dövlət başçısı mehmanxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, beşmərtəbəli turizm kompleksinin ümumi ərazisi 1,2 hektardır. Kompleksə daxil olan otel və kotteclərin ümumi sahəsi isə 5 min kvadratmetrdən çoxdur. Ərazidə mehmanxana binası ilə yanaşı, yardımçı tikililər, böyük və kiçik hovuz yaradılmışdır. Mehmanxananın həyəti abadlaşdırılmış, geniş yenidənqurma işləri aparılmış, yaşıllıq zolağı salınmışdır.

Prezident İlham Əliyev mehmanxananın ərazisində görülməsi nəzərdə tutulan işləri əks etdirən stendə baxdı, ən yuxarı mərtəbədən şəhərin mənzərəsini seyr etdi. Şəkidə həyata keçirilən geniş quruculuq-abadlıq işləri barədə dövlətimizin başçısına məlumat verildi.

Bildirildi ki, mehmanxananın 4 mərtəbəsi apartament nömrələrdir. Burada 4 birotaqlı, 12 ikiotaqlı, 8 üçotaqlı, 3 dördotaqlı nömrələr qonaqlara təklif olunur. Mehmanxana binasının beşinci mərtəbəsində isə 18 otaq yaradılmışdır. Nömrələrin hamısı ən son informasiya-kommunikasiya avadanlığı, o cümlədən internetlə təmin olunmuşdur. Binada sürətli liftlər quraşdırılmışdır.

Qeyd edildi ki, müasir havalandırma sistemləri ilə təchiz edilən mehmanxana kompleksinin ərazisində, həmçinin kottec tipli istirahət və əyləncə otağı, SPA, fitnes, yeməkxana və asudə vaxtın səmərəli keçirilməsi üçün otaqlar vardır. Mehmanxana kompleksində 200 nəfər işlə təmin edilmişdir.

“Green Hill İnn” mehmanxanası Şəkinin turizm potensialının göstəricisi olmaqla bu bölgənin imkanlarını da nümayiş etdirir. Burada yaradılan şərait təsdiqləyir ki, müasir dövrdə turizmin əsas məqsədi ölkə iqtisadiyyatının kompleks inkişafını təmin etməkdir. Son illər Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi, bu sahədə xırda və orta sahibkarlıq üçün möhkəm bazanın yaradılması regionların infrastruktur cəhətdən inkişafını da təmin edir.

Dövlət başçısı mehmanxananın açılışı münasibətilə təbriklərini çatdırdı.

 


İlham Əliyev Şəkidə “Aşağı Karvansaray” kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev Şəki şəhərində “Aşağı Karvansaray” kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olmuşdur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinə məlumat verdi ki, qədim abidələrlə zəngin bölgələrimizdən olan Şəkidəki XIX əsrə aid “Aşağı Karvansaray” Yaxın Şərqdə ən böyük karvansaradır. Kompleksdə əsaslı təmir və bərpa işlərinin aparılması dövlətimizin tarixi keçmişimizin qorunmasına olan həssas münasibətindən qaynaqlanır. Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən və 8 min kvadratmetr ərazini əhatə edən bu tarixi binada 200-dən çox otaq vardır.

Dövlətimizin başçısı kompleksin əvvəlki vəziyyətini, təmir-bərpa işlərinin gedişini və istifadədən sonrakı vəziyyətini əks etdirən stendə baxdı.

Diqqətə çatdırıldı ki, xüsusi layihə əsasında aparılan bərpa işlərinə 2010-cu ilin yanvarında başlanılmışdır. Təmir-bərpa işlərinin bu ilin dekabrında başa çatdırılması nəzərdə tutulur. Hazırda işlərin birinci mərhələsi həyata keçirilir.

Kompleksdə görülən işlər barədə məlumat verilərkən bildirildi ki, indiyədək uzunluğu 5,2, eni isə 4,3 metr olan 30 tağbənd qurulmuş, 5 min 197 kvadratmetrlik dam örtüyünün konstruksiyası yenidən quraşdırılaraq kirəmitlə örtülmüşdür. Bundan başqa, kompleksdə 5,2 min kvadratmetr damüstü sahə torpaqdan təmizlənmiş və yenidən qurulmuşdur. Burada 3 min 146 kvadratmetr fasad, 16 min 428 kvadratmetr interyer və tağbəndlər köhnə suvaqdan təmizlənmişdir. Kompleksin şimal-qərb fasadları qarşısında 175 metr məsafədə 2,5 metr hündürlüyündə istinad divarları hörülmüşdür. Ərazidə 5 min 280 kvadratmetr sahəyə kərpic döşənmiş, 3 min 82 kvadratmetr sahəyə yeni tirlər qoyulmaqla taxta döşəmə vurulmuşdur. Eyvanlar bərpa olunmuş, 8 tay darvaza, 170 pəncərə, 128 qapı yenilənmişdir. Bundan başqa, kompleksdə 32 eyvan tağı bərpa edilmişdir. Burada ümumilikdə, zirzəmi də daxil olmaqla 253 otaq vardır.

Diqqətə çatdırıldı ki, “Aşağı Karvansaray” kompleksində aparılan tikinti-bərpa işlərinin ikinci mərhələsində 60-80 nəfərlik mehmanxananın tikilməsi nəzərdə tutulur. Kompleksdə ilk dəfədir ki, bu cür əsaslı təmir-bərpa işləri həyata keçirilir.

Prezident İlham Əliyev tikinti və bərpa işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsinə, eləcə də karvansaranın gələcəkdə istifadəsinə dair tapşırıq və tövsiyələrini verdi.

 


İlham Əliyev Şəki şərab zavodunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev “Aqroinvestkom” MMC-nin Şəki şərab zavodunun açılışında iştirak etmişdir.

Dövlət başçısına məlumat verildi ki, 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq yaradılan zavodun ümumi sahəsi 7,8 hektardır. Tikintisinə 2008-ci ildə başlanılan zavod ildə 3 min ton üzüm emal etmək gücünə malikdir. Lakin gələcəkdə bu rəqəmin 10-15 min tona çatdırılması nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısının ölkəmizdə özəl sektorun, o cümlədən üzümçülüyün inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolardan ibarət stendə baxdı.

Sonra dövlət başçısı zavodu işə salan düyməni basdı.

Məlumat verildi ki, burada üzümün qəbulu, fermentləmə, texnoloji emal, markalı şərabların istehsalı və qablaşdırma sexləri yaradılmışdır. Üzümün qəbulu sexində ağ və qırmızı üzüm növləri üçün iki qəbuledici bunker, üzüməzən avadanlıq quraşdırılmışdır. Burada iki xətt ağ və qırmızı, bir xətt isə elit şərabların istehsalı üçün nəzərdə tutulmuşdur. Sexdə, həmçinin Azərbaycanda ilk dəfə üzümün tumlarını ayıran qurğu da quraşdırılmışdır. Digər sexlər də ən son avadanlıqla təchiz edilmişdir. İstehsal prosesi kompyuterləşdirilmiş sistemlə idarə edilir.

Qablaşdırma sexi ilə tanışlıq zamanı bildirildi ki, burada qurulmuş müasir avadanlıq saatda 3 min şüşə şərab doldurmağa imkan verir. Bu zavodda ilkin mərhələdə süfrə şərablarının istehsalı nəzərdə tutulmuşdur. Sexdə qablaşdırılan şərablar “Çinar” markasının texnologiyasına uyğun hazırlanır. İstehsalın sonrakı mərhələsində “Şəki”, “Çələbi”, “Karvansaray”, “Xan sarayı” adı ilə şərabların istehsalı planlaşdırılır. İstehsalın üçüncü mərhələsində, yəni 2012-ci ildən kəmşirin, portveyn və desert tipli şərabların istehsalına üstünlük veriləcəkdir. İstehsalın dördüncü mərhələsində isə konyak spirti və konyak istehsalı sexinin yaradılması planlaşdırılır. Şərab zavodunda istehsal üçün üzüm məhsulunun tədarükündə Şəki ilə yanaşı, əsasən Oğuz və Qəbələ rayonlarının potensialından da istifadə olunacaqdır. Kənar asılılıqdan yaxa qurtarmaq məqsədi ilə müəssisənin nəzdində 200 hektar üzüm bağı salınması nəzərdə tutulur. Üzüm bağlarının salınması zamanı yerli sortlara – “Mədrəsə”, “Bayanşirə” və “Şirvanşah”a üstünlük veriləcəkdir.

Dövlətimizin başçısı istehsalat korpusunda hazır məhsulun saxlanması anbarı ilə tanış oldu. Bildirildi ki, markalı şərabların istehsalı sexində Fransadan gətirilmiş palıd ağacından hazırlanan, hər biri 228 litrlik çəllək qoyulmuşdur. Bu, şərabın daha yüksək keyfiyyətlə saxlanmasına imkan verir.

Qeyd edildi ki, məhsulun rəqabətədavamlı olması məqsədi ilə zavodda quraşdırılan avadanlığın hamısı İtaliyanın bu sahədə ixtisaslaşmış şirkətinin istehsalıdır. Texnoloji avadanlığın daşınması, quraşdırılması və sınaqları da italiyalı mütəxəssislərin rəhbərliyi və iştirakı ilə aparılmışdır. Zavodun ərazisində ikimərtəbəli inzibati bina, istehsalat proseslərinə və hazır məhsullara texniki-kimyəvi və mikrobioloji nəzarət üçün laboratoriya, yeməkxana, konfrans zalı yaradılmışdır. Burada, həmçinin qonaq evi də inşa olunmuşdur. Zavodun həyəti də abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır.

Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi


İlham Əliyev Şəkidə Sabit Rəhman adına Dövlət Dram Teatrının binası ilə tanış olmuşdur

Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Sabit Rəhman adına Dövlət Dram Teatrının binası ilə tanış olmuşdur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, 1973-cü ildə ipəkçilərin mədəniyyət sarayı kimi fəaliyyətə başlamış bu bina iki ildən sonra Sabit Rəhman adına Dövlət Dram Teatrının kollektivinin ixtiyarına verilmişdir. Teatr maraqlı çıxışları ilə təkcə Şəkinin deyil, ölkəmizin bütün sənətsevərlərinin rəğbətini qazanmışdır. Teatr binasının uzun müddət əsaslı təmir olunmaması kollektivin fəaliyyətinə təsirsiz ötüşməmişdir. Prezident İlham Əliyevin Sərəncam və göstərişləri əsasında indi ölkəmizin bütün tarixi abidələri, sənət ocaqları əsaslı şəkildə yenidən qurulur. Buna uyğun olaraq, Şəki Dövlət Dram Teatrının binasının da əsaslı təmiri planlaşdırılır.

Dövlət başçısı təmir-bərpa işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 


İlham Əliyev Şəkidə Sabit Rəhman adına Dövlət Dram Teatrının binası ilə tanış olmuşdur

Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Sabit Rəhman adına Dövlət Dram Teatrının binası ilə tanış olmuşdur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına məlumat verdi ki, 1973-cü ildə ipəkçilərin mədəniyyət sarayı kimi fəaliyyətə başlamış bu bina iki ildən sonra Sabit Rəhman adına Dövlət Dram Teatrının kollektivinin ixtiyarına verilmişdir. Teatr maraqlı çıxışları ilə təkcə Şəkinin deyil, ölkəmizin bütün sənətsevərlərinin rəğbətini qazanmışdır. Teatr binasının uzun müddət əsaslı təmir olunmaması kollektivin fəaliyyətinə təsirsiz ötüşməmişdir. Prezident İlham Əliyevin Sərəncam və göstərişləri əsasında indi ölkəmizin bütün tarixi abidələri, sənət ocaqları əsaslı şəkildə yenidən qurulur. Buna uyğun olaraq, Şəki Dövlət Dram Teatrının binasının da əsaslı təmiri planlaşdırılır.

Dövlət başçısı təmir-bərpa işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bu il fevralın 3-də özünü Kiş çayının üzərindəki körpüdən ataraq intihar etmiş Hikmət Səlimovun işi yenidən məhkəmədə!

3 Ağu 2011 11:20 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 16 Ağu 2011 11:47 güncellendi ]

   Avqustun 4-ü saat 10.30 radələrində Şəki Rayon Məhkəməsi fevral ayında özünü Kiş çayının üzərindəki körpüdən ataraq intihar etmiş mərhum Hikmət Səlimovun həyat yoldaşı Nailə Ramazan qızı Səlimovanən şikayətinə baxmalı idi. N.Səlimova Şəki Şəhər Prokurorluğunun 110826001 №-li cinayət işinə xitam verməsi barədə 26 aprel 2011-ci il tarixli qərarından şikayətçidir ( Bax: >> ). O, hesab edir ki, Şəki rayon prokurorluğu onun ərinin intiharı ilə bağlı başlanmış cinayət işıinə tam əsassız olaraq xitam vermişdir. Belə ki istintaq materiallarından da sübut olunub ki onun əri vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə dözə bilməyərək intihar etməyə məcbur olmuşdur. Məlumat üçün əlavə edirik ki,  Şəki Rayon Prokurorluğu əvvəlcə CPM-nin 125 (özünü öldürmə dərəcəsinə çatdırma) maddəsi ilə iş açsa da sonra xəlvəti olaraq həmin maddə ilə başlanmış cinayət işinə xitam vermiş və bu qərarını N.Səlimovadan gizlətməyə çalışmışdır...
   Lakin məhkəmə iclası baş tutmadı. Belə ki məhkəmənin göstərilən  başlama vaxtına yarım saat qalmış N.Səlimova Şəki Rayon Məhkəməsinə teleqram vuraraq məhkəmənin vaxtı barədə bir neçə saat əvvəl bildiriş aldığını və həmin səbəbdən də məhkəməyə gəlməyə hazır olmadığını bildirmiş, məhkəmə iclasının vaxtının dəyişdirilməsini xahiş etmişdir. Həmçinin, Şəki Rayon Məhkəməsinə həm də "tövsiyyə" etmişdir ki imkan daxilində  növbəti məhkəmə iclasının vaxtı barədə ona azı 3-gün əvvəl məlumat versinlər.
     2-ci məhkəmə iclası avqustun 15-nə, saat 15 00- təyin olundu. Məhkəməmədə zərəçəkmiş tərəfdən məhrumun həyat yoldaşı Nailə Səlimova işə yenə hakim Kamran Süleymanov baxmasına yazılı şəkildə etiraz etsə də onun vəsatəti təmin olunmadı. Prokurorluqdan isə heç kim gəlməmişdir. Onların nümayəndəsi isə yəqin ki, elə hakim K.Süleymanov özü olub.
     Bir neçə dəqiqədən sonra isə hakim N.Səlimovanın şikayətinin təmin olunmaması barədə hökmü oxudu. Guya ki, CM-nin 125-ci maddəsinə görə məhrum Hikmət Səlimovun ölümündə heç kimi günahlandırmaq olmaz. K.Süleymanov bu fikrini əsaslandırmaq üçün hətta adam göndərib CM-ni gətizdirdi və 125-ci maddəni oxudu:

Maddə 125.: Özünü öldürmə həddinə çatdırma

Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma—
— üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  Zərərçəkmiş tərəfin hakimə irad tutanda ki bəs həmin 125-ci maddədəki

"Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə"
ifadəsi nə deməkdir?  K.Süleymanov cavab verdi ki, Siz heç CM-nin "komentariyasını" oxumusunuzmu? Oxuyun və bilin ki, amansız rəfətar etmək nəyə deyirlər. N.Səlimova isə bildirdi ki, amansız rəftər göz qabağındadır, amansız rəftər nəticəsində H.Səlimov özünü öldürdü! Bu amansız rəftar deyilmi? Hakim cavab verə bilməsə də, qərarını da dəyişmədi.
 N.Səlimova bu qərardan apelyasiya şikayəti verəcəyini bildirir.
 Yeri gəlmişkən, N.Səlimova həm də məhkəmədə bildirdi ki, onun ərinin ölümü ilə bağlı işin ört-basdır edilməsi üçün təqsirkarlar məhkəmə və prokurorluq işçilərinə 60 min manat pul veriblər!
  Aydın Məmmədov

Acınacaqlı vəziyyət: Azərbaycanda bu il cəmi 12 ton barama yetişdirilib!

23 Tem 2011 15:28 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 24 Tem 2011 14:14 güncellendi ]

   Vəziyyət olduqca acınacaqlıdır! 2003-cü ildə 140 ton barama yetişdirildiyi halda, bu il cəmi 12 ton barama yetişdirilib! "Şəki-İpək" ASC-dəki ipəkçi mütəxəssislər deyirlər ki, 2003-cü ildə  bu müəssisənin 3 işçisinin - Tahir Məmmədov, Sabir Kərimov və Sabiq İmanovun fədakarlığı sahəsində  6 illik fasilədən sonra baramaçılıq bərpa olunmuş və elə birinci dəfəyə Respublikada 140 ton barama yetişdirilmişdi. Adları çəkilən şəxslər kəndləri evbəev gəzmiş, çoxlu adamı barama becərməyə razı salmışdılar. Planlaşdırılırdı ki, növbəti illərdə istehsal 500 tona çatdırılsın və bu da "Şəki-İpək" şirkətinin Baramaaçan istehsalatında azı 600 nəfərin daimi işlə təmin olunması demək idi. Lakin sonrakı illərdə "Şəki-İpək" ASC-nin yeni rəhbəri Elman Qarayevin rəhbrəliyi dövründə  yerlərdə barama istehsalına diqqət yetirmədi. Daha sonrakı rəhbərlik isə baramanın xaricdən alınmasına üstünlük verdi. 2010-cu ildə Özbəkistan barama ixracına qadağa qoyulduqdan sonra isə "Şəki-İpək" ASC heç bir yerdən barama ala bilmədi. Nəticədə "Şəki-İpək" ASC-nin Baramaaçan istehsalatında çalışan fəhlələrin sayı 900-dən 600-ə, sonra isə 300-ə düşdü və bu li mart ayının 18-də xammalın tam tükənməsi səbəbi ilə həmin istehsalatda iş ahəngi tamamilə dayandı.

  Bəs baramaçılıqdakı tənəzzülün səbəbləri nədir? Bəzən deyirlər ki, guya bu çox gəlirli sahədir?! Əslində isə heç də belə deyil! Bu sahə  nə indi, nə də Sovet dövründə heç vaxt gəlirli sahə olmayıb! Sovet dövründə kümçülər yetişdirdikləri yaş sənaye baramasının 1 kq.nı orta hesabla 7-8, toxumluq baramanı isə 10-11 manata dövlətə təhvil verirdilər. Barama bəsləyən hər ailə bir mövsümndə orta hesabla  50 kq məhsul götürə bilirdi və bunu dövlətə təhvil verib əvəzində 400-500 manat pul alırdı. Kümçüləri həm də tut bağları daha çox maraqlandırırdı, hansı ki o vaxt  barama becərmək üçün kolxozdan onlara sahə ayrırdı, barama mövsümü başa çatandan sonra kümçülər həmin ərazinin otunu öz mal-qarası üçün istifadə edə bilirdilər, həmçinin, orada özləri üçün bostan-tərəvəz məhsulları da yetişdirə bilirdilər və s. Sovet dövründə dövlət baramaçılığa birbaşa olmasa da, dolayı yolla dotasiya verirdi. Belə ki ipək parça, yaxud kəlağayı, maya dəyərindən 2 dəfə ucuz qiymətə satılırdı. Bu isə o demək idi ki dövlət qəsdən, baramanı kümdarlardan azı 2 dəfə baha qiymətə satın alır!  

   Hal-hazırda Azərbaycan kümdarları yetişdirdikləri baramanı "Şəki-İpək" ASC-nə 3 manata satırlar. Bu çox aşağı bir məbləğ olduğu üçün kəndlərdə barama becərməyə meyl etmirlər. Müqaisə üçün qey edək ki Özbəkistanda dövlət planı var; kümdarlar  dövlət planını yerinə yetirməyə borcludurlar və yetişdirdikləri baramanı təxminən 1 dollara dövlətə satırlar, amma onu da nəzərə almaq lazımdır ki, Özbəkistanda 1 dolların alıcılıq qabiliyyəti, Azərbaycandakı 3 manatın alıcılıq qabiliyyətindən daha çoxdur, başqa sözlə, Özbəkistanda 1 dollara satın almaq mümkün olan şeyi, Azərbaycanda 3 manata satın almaq olmur! 

   Maraqlıdır ki Azərbaycanda istehsal edilən demək olar ki hər şeyin maya dayəri, xaricdən gətirilən eyni şeyin satış qiymətindən bahadır?! Hesab edirik ki baramaçılığın bugünkü acınacaqlı vəziyyətinin və bu sahənin tənəzzülə uğramasının əsas səbəbi Azərbaycanda baramanın strateji bir məhsul olduğunun hökumət səviyyəsində hələ də başa düşülməməsi və həmin səbəbdən də dövlət səviyyəsində bu sahəyə diqqət yetirməməsidir. Məsələn götürək, taxılı; aydındır ki  Azərbaycanda istehsal olunan buğdanın maya dəyəri xaricdən gətirilən buğdanın satış qiymətindən bahadır! lakin buna baxmayaraq, dövlət çalışır ki Azərbaycanda buğda əkilsin! Və bunun üçün də taxıl yetişdirən fermerlərə dotasiyalar, güzəştli kreditlər və s. verir. Əgər bütün bunlar barama bəsləyənlər üçün də nəzərdə tutulsaydı və tətbiq olunsaydı, hesab edirik ki ölkədə istənilən qədər barama yetişdirilə bilərdi  və "Şəki-İpək" ASC-nin Baramaaçan istehsalatında da azı 1000 nəfər üçün daimi iş yeri olardı!

 Aydın Məmmədov,
"İpəkçi" qəzetinin baş redaktoru

1-10 of 126